Oreqon baş prokurorunun Donald Trampın Kolorado, Nevada, Nyu-York və Nyu Meksiko da daxil olmaqla ümumilikdə 12 ştatın dəstəklədiyi idxal tariflərinin ləğvi ilə bağlı iddiası ABŞ Beynəlxalq Ticarət üzrə Federal Məhkəməsinə verilib.
Gundelik.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb
Dövlət başçısından başqa, iddiada cavabdeh qismində Daxili Təhlükəsizlik katibi Kristi Noem və Gömrük və Sərhəd Mühafizəsi Komissarının səlahiyyətlərini icra edən Peter Floresin adları çəkilir. İddiaya görə, Trampın tariflər, onların tətbiqi, dəyişdirilməsi, artırılması və dayandırılması ilə bağlı qərarları ölkənin ticarət siyasətinin vəziyyətini əks etdirir və prezidentin istəyindən asılıdır, bu da onun səlahiyyətlərinin effektiv şəkildə həyata keçirilməsinə əsaslanmır.
“Prezident konstitusiya quruluşunu pozdu və Amerika iqtisadiyyatına xaos gətirdi”, – məhkəməyə müraciət edən şəxslər bildiriblər.
Onlar həmçinin hesab edirlər ki, Tramp Vaşinqtonun tarif siyasətini dəyişmək üçün əsassız olaraq fövqəladə vəziyyət elan edib.
Gundelik.az
