Gundelik.az Tarixdə bu gün 11 Dekabr – Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri Günü, (1994)
Tarixdə bu gün

11 Dekabr – Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri Günü, (1994)

“Uşaqlara qayğı göstərmək, uşaqların təhsili, tərbiyəsi üçün şərait yaratmaq uşaqlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamaq uşaqlarla aparılan işin əsas hissəsi olmalıdır”.

   Ümummilli lider Heydər Əliyev  

 Ötən  əsrin   sonlarından  BMT  tərəfindən hər il dekabrın 11-i Uşaqların Beynəlxalq Televiziya və Radio  Günü  kimi  qeyd olunur. BMT Uşaq Fondunun (YUNİSEF) təşəbbüsü ilə 1994-cü ilin aprelində  Kann şəhərində təsis olunmuşdur. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanmış “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsində deyilir: “Uşaqlar barəsində dövlət

siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir”. Uşaqlara göstərilən qayğının daha bir bariz nümunəsi 22 iyun 1999-cu il tarixdə qüvvəyə minmiş “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşuqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunudur. Ulu öndərimiz  Heydər Əliyev həmişə uşaqların bu əlamətdar günündə onlarla bir yerdə olmağı çox sevirdi. Heydər Əliyev Uşaqların Beynəlxalq Televiziya və Radio  Günü  ilə əlaqədar onların hazırladığı mərasimdə iştirak etməkdən böyük zövq alırdı. Fərəhlə demək olar ki, uşaq və gənclərə göstərilən diqqətin, qayğının daha da artırılmasında ölkə Prezidenti İlham Əliyevin xidməti çoxdur.

Təbii ki, uşaqların diqqətini çəkən, onların maraq dairəsinə daxil olan vərdişlərdən biri də televiziyadır.  Buna görə də respublikamızda bir telekanalın uşaqlar üçün ayrıca redaksiyası fəaliyyət göstərir. Bu sarıdan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin ənənələrə söykənərək uşaqlar üçün proqramlar hazırlanması diqqət çəkir. İstər AzTV-də, istərsə də onun “Mədəniyyət” kanalında uşaq və gənclərə həsr olunan verilişlərin təkcə adlarına fikir verək: “Təmas nöqtəsi”, “Tələbə dünyası”, “Mən də uşaq olmuşam”, “Çoxbilmişlərdənsinizmi?”, “Mən azərbaycanlıyam”, “Müasir Azərbaycan gəncliyi”, “Biləyən”, “Bəbək”, “Ana dili” və s. əlbəttə, bu verilişlərin hər biri haqqında ayrıca danışmaq da olar.

Gundelik.az

Exit mobile version