Gundelik.az bildirir ki, İslam dinində Ramazan orucu hər il 29 və ya 30 gün davam edir və bu, sübh azanından gün batana qədər yemək, içmək və cinsi əlaqədən çəkinməklə yerinə yetirilir. Xristianlıqda isə oruc 40 gün çəkir və bu, İsa peyğəmbərin (ə) 40 gün ac qalaraq dua etməsi ilə əlaqələndirilir. Xristianlar bu dövrdə yemək və içkidə məhdudiyyətlər qoyaraq, eyni zamanda sədəqə verməklə və dualar etməklə orucu yerinə yetirirlər. Müsəlman ilahiyyatçı Ustaz Murtala Məhəmməd Qusau BBC-yə verdiyi açıqlamada İslam, Xristian və Yəhudi orucu arasında əsas fərqləri izah edib. Onun sözlərinə görə, hər üç dində orucun əsas məqsədi Allah-Təalaya yaxınlaşmaq və insanın mənəvi dünyasını saflaşdırmaqdır. O bildirib ki, Ramazan orucu Allahın əmri olaraq, müsəlmanların əxlaqını və təqvasını artırmaq, həmçinin Qurani-Kərimin nazil olduğu mübarək ayı yad etmək məqsədi daşıyır. Halbuki xristianlar və yəhudilər orucu fərqli dini inanclara əsasən icra edirlər.
Aynur Turan
Gundelik.az

