Sabir Əhmədlinin əsərlərində milli əxlaqımızın təmizliyi, şəxsiyyətin aliliyi, böyüktəəsübkeşlik və vətənpərvərlik yaşayır.
Fəlsəfə üzrə doktor Ə. Abbasova
Əhmədli Sabir Məmməd oğlu 1955-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984). Mükafatları:”Əmək şöhrətinə görə” medalı ilə təltif edilmişdir
(1975). “Qızıl sünbül” ədəbi mükafatı laureatı (1991). Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. ADU-nun filologiya fakültəsini bitirmişdir. Sabir Əhmədli yaradıcılığında 30-cu illərdən 90-cı illərin sonunadək xalqımızın taleyində baş verən bir çox acılı-şirinli məqamlar bədii ifadəsini tapmışdır. O, realist qələminə sarılıb, gördüyü, duyduğu kimi yazmış, oxucu ürəyinə yol tapmışdır. Həyatının dərd və sevincinin ifadəsini Sabir Əhmədli əsərlərində görmüş, xalqı onun əsərlərini sevə-sevə oxumuşdur. Həmin kitabın nəsr bölməsində Sabir Əhmədlinin “Arabaçı” hekayəsi oxucuların və ədəbiyyatşünasların diqqətini daha çox cəlb etmişdi. Təkcə “Arabaçı” hekayəsinə görə Sabir Əhmədli SSRİ Yazıçılar İttifaqına üzv qəbul olundu. Az sonra isə (1956-cı ildə) “Ədəbiyyat qəzeti”nin nəsr şöbəsinin müdiri təyin edildi. Sabirin hekayələri mətbuatda, əsasən jurnalda tez-tez çıxırdı. Çox keçmədi ki, onun “Bir payız axşamı” kitabı (Azərnəşr, 1961) səs saldı. Tələbələrin, ümumiyyətlə ədəbiyyatı sevənlərin əlindən düşmürdü. Xüsusilə respublika kitabxanaları, məktəb kitabxanaları Sabirin kitablarını az zamanda kitab mağazalarından götürür, ya da Kəndkitabın xətti ilə sifariş edirdilər.1989-cu ildə “Azərnəşr”də Sabirin iki cildlik əsərləri çap edildi. Çox az zamanda həmin kitablar əl-əl gəzilirdi. Onun bir-birinin ardınca çıxan “Aran” (“Uşaq Gəncnəşr”,1962) iki hissəli romanı, “Pillələr” (“Azərnəşr”, 1964), “Yamacda nişanə” (“Gənclik”, 1973), “Toğana” (“Yazıçı” 1981), “Mavi günbəz” (“Gənclik”, 1984, povestlər), “Yasamal gölündə qayıqlar üzürdü” (“Yazıçı”, 1984), “Yasaq edilmiş oyun, Gülmalı kişinin axırı” (“Yazıçı”, 1988) sürətlə respublikamızın hər tərəfinə yayılmışdı. Sabir poeziyada təbiət şeirlərini çox sevirdi. Onun roman, povest, hekayələrində
təbiət az sözlə çox dəqiq təsvir edilirdi.
Əsərləri: “Toğana” (1981),”Yasamal gölündə qayıqlar” (1984), “Gedənlərin qayıtmağı, dünyanın arşını” (1985), “Kütlə” (1999),”Axirət sevdası” (2003), “Şəhid” (2004) və s. kitabların müəllifidir. Filmoqrafiya:Evlənmək istəyirəm (film, 1983)
Gundelik.az

