Gundelik.az Dünya Zelenski Putinlə görüşün keçirilə biləcəyi üç ölkənin adını AÇIQLADI
Dünya Siyasət Xəbərlər

Zelenski Putinlə görüşün keçirilə biləcəyi üç ölkənin adını AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə mümkün görüşün keçirilə biləcəyi ölkələrin adlarını açıqlayıb.

Gundelik.az-ın “RBC-Ukrayna”ya istinadən məlumatına görə, Zelenski bildirib ki, danışıqlar neytral ərazidə baş tutmalıdır.

“Biz bunu ədalətli hesab edirik və avropalı tərəfdaşlarımız da görüşün Avropada neytral məkanda keçirilməsini vurğuladılar. İsveçrə, Avstriya – biz razıyıq”, – deyə o qeyd edib.

Dövlət başçısı əlavə variant kimi Ukrayna və Rusiya nümayəndə heyətlərinin əvvəllər danışıqlar apardığı Türkiyəni göstərib. Zelenski görüşün Moskvada keçirilməsinə qarşı çıxıb, Budapeştin münaqişə dövründə Kiyevə dəstək vermədiyini əsas gətirərək, Macarıstan seçiminin də çətin olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Putinlə potensial görüşdə atəşkəs əldə olunması ən yaxşı nəticə ola bilər: “Əks halda gələcək danışıqlarda uğur qazanmaq çətin olacaq”.

Qeyd edək ki, avqustun 18-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Volodimir Zelenski arasında görüş keçirilib. Daha sonra Tramp Avropa liderləri ilə müzakirələr aparıb. Bu görüşlərdən öncə isə Tramp Rusiya prezidenti Vladimir Putinlə Alyaskada danışıqlar aparmışdı. Məlumata görə, Ağ Ev rəhbəri Kiyev və Avropa ilə Ukraynadakı münaqişənin həlli yollarını, eləcə də ABŞ-Rusiya-Ukrayna formatında sammitin keçirilməsi imkanlarını nəzərdən keçirib.

Bundan əvvəl isə Ukrayna Ali Radası Putin, Zelenski və Tramp arasında mümkün görüş tarixlərini açıqlamışdı.

Gundelik.az 

Exit mobile version