Gundelik.az Xəbərlər İqtisadiyyat Zəngəzur dəhlizi Azərbaycana nə qədər gəlir gətirəcək? – İqtisadçıdan AÇIQLAMA
İqtisadiyyat Xəbərlər

Zəngəzur dəhlizi Azərbaycana nə qədər gəlir gətirəcək? – İqtisadçıdan AÇIQLAMA

Ötən il bir neçə dəfə rast gəlmişdim, bu il də Zəngəzur dəhlizinin Azərbaycana nə qədər gəlir gətirəcəyi ilə bağlı müxtəlif rəqəmlərin səsləndirilməsinə rast gəlmək olur.Amma bu yanaşma peşəkarlıqla uzlaşmır. Çünki Zəngəzur dəhlizinin gətirəcəyi gəliri hesablamaq üçün bir çox əsas sualların cavabı hələ məlum deyil.

Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb.

O, dəhlizdən gəlirləri hesablamaq üçün aşağıdakı bir neçə sualların cavablandırılmasını labüd bilir:
1.Dəhliz hansı xəttlərdən ibarət olacaq?
2.Yüklərin əsas hissəsi dəmir yolu iləmi, yoxsa avtomobil yolu iləmi daşınacaq?
3.Neft, qaz, yaxud digər enerji resursları buradan keçəcəkmi?
4.Hansı ölkələrin tranzit maraqları üstünlük təşkil edəcək?
5.Gömrük və tarif mexanizmləri necə tənzimlənəcək?

İqtisadçı vurğulayıb ki, nə qədər bu suallar cavabsız qalır, Zəngəzur dəhlizi ilə bağlı konkret rəqəmlər söyləmək də bir o qədər doğru deyil: “Ona görə də Zəngəzur dəhlizi haqqında danışanda rəqəmlər yox, senarilər üzərində danışmaq daha doğrudur. Yəni cavablar yuxarıdakı sualların cavabına ehtimal edilən tərzdə qurulmalıdır”.

Gundelik.az 

Exit mobile version