Gundelik.az Siyasət Rusiya “Tramp körpüsü” layihəsini dəstəkləyir
Siyasət Xəbərlər

Rusiya “Tramp körpüsü” layihəsini dəstəkləyir

Rusiya Ermənistanı “Tramp körpüsü” adlı Zəngəzur dəhlizi ilə nəqliyyat-kommunikasiya layihəsinin təşkili məsələsində dəstəkləyir.

Gundelik.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verib.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib: “Biz bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir. Əgər Ermənistan nəyinsə onlar üçün xeyirli olduğuna inanırsa, təbii ki, biz bunu dəstəkləyirik”.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev “Tramp körpüsü” ilə bağlı tənqidlərə cavab verərək bildirib ki, yeni layihə beynəlxalq nəqliyyat marşrutlarının mühüm komponentlərindən birinə çevriləcək.

Gundelik.az 

Exit mobile version