Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Yunanıstana 129 milyon ABŞ dolları dəyərində 232,4 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 92,3 milyon ABŞ dolları və ya 3,5 dəfə, həcm ifadəsində isə 177,1 min ton və ya 4,2 dəfə çoxdur.
Dövr ərzində Yunanıstan Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 9-cu yerdə mövqe tutub.
Gundelik.az


