Yevlax şəhərində yeni Tibbi Qiymətləndirmə Mərkəzinin yaradılması nəzərdə tutulur.
Gundelik.az-ın məlumatına görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən yeni yaradılacaq Yevlax Tibbi Qiymətləndirmə Mərkəzi üçün məişət avadanlıqlarının satın alınması ilə bağlı tender keçirilib.
Satınalmanın ümumi məbləği 162 379,21 manat təşkil edir.
Beləliklə, Yevlax Tibbi Qiymətləndirmə Mərkəzinin fəaliyyətinin təşkili və müvafiq avadanlıqlarla təmin edilməsi üçün 162,4 min manat vəsait sərf olunacaq.
