Yay aylarında havanın isti və rütubətli olması, orqanizmin maye itirməsi və uzun müddət günəş altında qalmaq baş ağrısı və miqren tutmalarını daha tez-tez yaradır. Mütəxəssislər bildirirlər ki, bəzi gündəlik istifadə olunan məhsullar da bu şikayətləri artırır.
Baş ağrısını tətikləyən amillər
Susuz qalmaq (dehidrasiya)
Yüksək temperatur və rütubət
Güclü günəş şüalarına uzun müddət məruz qalmaq
Yuxu rejiminin pozulması
Yeməklərin gecikdirilməsi və ya buraxılması
Güclü ətirlər və ətirli günəş kremləri (xüsusilə miqren xəstələrində)
Qorunmaq üçün nə etmək lazımdır?
Gün ərzində kifayət qədər su için.
Günün ən isti saatlarında (təxminən 11:00–16:00) birbaşa günəş altında qalmayın.
Papaq və gün eynəyindən istifadə edin.
Yuxu və qidalanma rejiminizi qoruyun.
Mümkün olduqda ətirsiz və qoxusuz günəş kremlərinə üstünlük verin.
Baş ağrısının nə vaxt başladığını, həmin gün yediklərinizi və hava şəraitini qeyd edin. Bu, şəxsi tətikləyiciləri müəyyən etməyə kömək edir.
İsti vurmasının əlamətləri
Aşağıdakı əlamətlər isti vurmasına işarə edir:
Güclü, döyüntülü baş ağrısı
Əzələ qıcolmaları
Ürəkdöyünmə
Ürəkbulanma və qusma
Güclü halsızlıq
Belə hallarda fiziki fəaliyyəti dayandırın, kölgə və ya sərin yerə keçin, su için. Şikayətlər davam edərsə, həkimə müraciət edin.
Təcili tibbi yardım tələb edən hallar
Əgər qəfil başlayan çox güclü baş ağrısı ilə birlikdə:
nitq pozğunluğu,
görmə itkisi,
bədənin bir tərəfində keyimə və ya zəiflik yaranarsa,
bu, ciddi bir nevroloji problemin əlamətidir. Belə vəziyyətdə vaxt itirmədən təcili tibbi yardım almaq lazımdır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

