Gundelik.az Dünya Yaponiyada F2 qırıcı təyyarəsi qəzaya uğradı
Dünya Xəbərlər

Yaponiyada F2 qırıcı təyyarəsi qəzaya uğradı

Yaponiyanın Özünümüdafiə Qüvvələrinə məxsus F2 döyüş təyyarəsi Sakit okean üzərində təlim uçuşu zamanı qəzaya uğrayıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, təyyarədə tək pilot olub və o, katapult vasitəsilə xilas ola bilib. Xilasedicilər pilotu taparaq xəstəxanaya yerləşdiriblər. Hadisənin səbəbləri araşdırılır.

Xatırladaq ki, iyul ayının sonunda ABŞ-a məxsus beşinci nəsil F-35 qırıcısı Kaliforniyada, Lemur Dəniz Hava Stansiyasında qəzaya uğramışdı. Həmin hadisədə də pilot təhlükəsiz şəkildə havaya qalxmağı bacarmışdı.

Digər bir oxşar hadisə isə Ukraynada baş verib. Volın vilayətində Fransa istehsalı olan “Mirage 2000” qırıcısı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Ukrayna Hərbi Hava Qüvvələri pilotun təlimatlara uyğun hərəkət etdiyini və xilas olduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl Hindistan, Air India təyyarəsinin qəzaya uğraması ilə bağlı sərnişinlərin sağ qalmaq ehtimalının olmadığını açıqlamışdı.

Gundelik.az 

Exit mobile version