Xocavənd rayonu Ağkənd, Qarakənd, Yenikənd, Heşan, Xocavənd, Qarazəmi, Quzumkənd, Qarqar, Cütcü, Tağaverd və Arakül yaşayış məntəqələrinin xarici və daxili elektrik infrastrukturu yenidən qurulacaq.
Gundelik.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.
Məlumata əsasən, “Azərenerji” ASC bununla əlaqədar müvafiq hazırlıqlara başlayıb.
Belə ki, sözügedən kəndlərin xarici və daxili elektrik şəbəkəsi 35 və 0,4 kV-luq ÖİN şəbəkəsi ilə tam yenidənqurularaq elektrik enerjisi ilə təmin olunacaq.
Bu işlərə 12 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

