İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Xocavənddə evlər təmir olunacaq- 2,6 milyon manat ayrıldı

Xocavənd rayonunun Xocavənd şəhərində fərdi yaşayış evlərinin təmir işlərinə başlanılır.

Gundelik.az bu barədə İqtisadiyyat.az bu barədə Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa, Tikinti Və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Məlumata görə, 7600m2 olan 40 evin təmir olunması nəzərdə tutulub.

Belə ki, qurum təmir işlərini “CMT Group” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqavilənin maliyyə dəyəri 2 milyon 657 min 810 manat olaraq müəyyənləşib.