Bu gün Azərbaycan inkişaf edir və sülh istiqamətində ciddi addımlar atır və böyük nəticələr göz önündədir.
Gundelik.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
“Bütün dünya gördü ki, sülh prosesində də tam liderlik, bütün təşəbbüslər yenə də Azərbaycan tərəfindən edilib. Bu istiqamətdə ciddi addımlar atılır, böyük nəticələr göz önündədir. Eyni zamanda tariximizi unuda bilmərik. Ona görə, bugünkü ildönümü önəmlidir. Həmişə olduğu kimi Azərbaycan xalqı şəhidlərimizi yad edir”.

