Serbiyada qırıcı qəzaya uğrayıb

Serbiyada qırıcı qəzaya uğrayıb

Serbiya Silahlı Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi ölkənin şimal-qərbində qəzaya uğrayıb.

Gundelik.az xəbər verir ki, bu barədə "RTS" telekanalı məlumat yayıb.

Hadisə nəticəsində təyyarənin pilotunun həlak olduğu bildirilir.

Təyyarə Batajnitsa aerodromunda dislokasiya olunmuş 204-cü Aviasiya Briqadasına məxsus olub. Qırıcı Nova-Pazova və Stara-Pazova yaşayış məntəqələri arasındakı ərazidə, çöllük sahəyə düşüb.

Qəzanın səbəbləri araşdırılır.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.