Rusiyada stomatoloji xidmətlərin qiyməti kəskin ardı

Analitiklərin izahına görə, bu tendensiyaya əsasən aparıcı Qərb avadanlıq və texnika istehsalçılarının Rusiya bazarını tərk etməsi təsir göstərib

Rusiyada stomatoloji xidmətlərin qiyməti kəskin ardı

Son altı il ərzində Rusiyada stomatoloji xidmətlərin qiyməti kəskin artıb.

Gundelik.az-ın məlumatına görə, bu barədə “İzvestiya” qəzeti Milli Reytinq Agentliyinin (NRA) məlumatlarına istinadən xəbər verir.

2020–2026-cı illər ərzində Rusiya daxili bazarında stomatoloji xidmətlərin qiyməti iki dəfə artıb. Ekspertlərin qeyd etdiyinə görə, hesabat dövründə bu xidmətlər bütün tibbi xidmətlər arasında ən çox bahalaşan xidmətlər olub.

Analitiklərin izahına görə, bu tendensiyaya əsasən aparıcı Qərb avadanlıq və texnika istehsalçılarının Rusiya bazarını tərk etməsi təsir göstərib. Onların sözlərinə görə, yerli stomatologiya sahəsinin nümayəndələri bu müddət ərzində Avropa və ABŞ şirkətlərindən asılılığı aradan qaldıra bilməyiblər.

Cənubi Koreya, İsrail və Çindən tədarüklər artsa da, bu, ənənəvi istehsalçılardan tamamilə imtina etməyə hələ imkan vermir. Bunu bazar iştirakçıları qeyd ediblər.

Bu fonda onlar hələ ötən ilin sonunda 2026-cı ildə Rusiyada stomatoloji xidmətlərin qiymətinin 10-15 faiz artacağını proqnozlaşdırıblar. Ekspertlər hesab edirlər ki, qiymət artımı gələcəkdə də davam edə bilər.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.