Deputat Arzuxan Əlizadənin oğlu saxlanıldı - Kütləvi davaya görə

Deputat Arzuxan Əlizadənin oğlu saxlanıldı - Kütləvi davaya görə

Bakıdakı kütləvi davanın iştirakçılarından biri deputatın oğludur.

Gundelik.az-ın məlumatına görə, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılanlardan Əhməd Əlizadə deputat Arzuxan Əlizadənin oğludur.

Qeyd edək ki, hadisə ötən gecə Xətai rayonu, General Şıxlıniski küçəsində yerləşən keçmiş "Ab-hava" restoranında qeydə alınıb.

Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra onlar bir-birilərinə bıçaqla hücum ediblər.

Nəticədə, bir nəfər həyatını itirib. Qətlə yetirilən Ceyhun adlı şəxsin “Ceyhun Sabunçu” kimi tanındığı bildirilir.

Əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.