Rusiyada avtobus uçurumdan aşdı: ölən və xəsarət alanlar var
Rusiyanın Yakutiya bölgəsində avtobusun uçurumdan aşması nəticəsində baş verən qəzada 14 nəfər ölüb, 7 nəfər yaralanıb.
Gubdelik.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İdarənin məlumatına görə, insident yerli vaxtla saat 03:20 radələrində “QOK Denisovski” ASC-nin texnoloji magistralında baş verib. Bildirilir ki, qəzaya uğrayan “Nefaz 4208-34” markalı avtomobil yoldan çıxaraq təxminən 25 metr hündürlükdən aşıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
“Yol qəzası nəticəsində növbəli avtobusun sürücüsü də daxil olmaqla 14 nəfər ölüb, 7 nəfər xəstəxanaya yerləşdirilib”, – məlumatda deyilir.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.