Qara dənizdə batan yük gəmisindən azərbaycanlılar xilas edildilər

Qara dənizdə batan yük gəmisindən azərbaycanlılar xilas edildilər

Somali bayrağı altında üzən və Bolqarıstan sahillərində partlayış nəticəsində batan "BETUL 8" yük gəmisindən 12 nəfər xilas edilib.

Bu barədə Gundelik.az Türkiyənin NTV nəşrinə istinadən məlumat verir.

Məlumata görə, Türkiyə və Bolqarıstan səlahiyyətlilərinin koordinasiyalı işləri nəticəsində gəmidə olan 8 Türkiyə və 4 Azərbaycan vətəndaşından ibarət ekipaj helikopterlə xilas edilib.

Xatırladaq ki, bu gün Bolqarıstanın Varna şəhərindəki Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə Bolqarıstanın Qara dənizdəki eksklüziv iqtisadi zonasında, Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdə yerləşən "BETUL 8" adlı yük gəmisinin heyətindən qəza siqnalı daxil olub. Mesajda gəminin batdığı bildirilib.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.