PSJ - "Lion" matçı buna görə təxirə salındı

Etirazçılar yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxırlar

PSJ - "Lion" matçı buna görə təxirə salındı

Fransada kütləvi etirazlar səbəbindən növbəti futbol matçı - PSJ - "Lion" qarşıdurması təxirə salınıb.

Gundelik.az xəbər verir ki, bu barədə Fransanın 1-ci Liqasının (Ligue 1) rəsmi saytında məlumat verilib.

Matç oktyabrın 25-i, bazar günü Parisdə keçirilməli idi. Görüş bazar ertəsinə ertələnib və Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Fransanın futbol federasiyasının çıxardığı qərar Fransa paytaxtının prefekturasının ölkəni bürüyən kütləvi etirazlar səbəbindən oyunun həftəsonu keçirilməsini qadağan etməsindən sonra qəbul edilib.

Etirazçılar yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxırlar. Ötən həftəsonu Fransanın müxtəlif şəhərlərində nümayişlər keçirilib. Bir sıra şəhərlərdə aksiyalar polis ilə toqquşmalara və kütləvi iğtişaşlara çevrilib.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.