“Ölü” morqda dirildi - İlk istəyi hər kəsi təəccübləndirdi

“Ölü” morqda dirildi - İlk istəyi hər kəsi təəccübləndirdi

Morqda “ölü” hesab edilən motosikletçi ayıldı və siqaret istədi

Nigeriyada yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü güman edilən motosikletçi morqda ayılaraq ətrafdakılardan siqaret istəyib.

Gundelik.az xəbər verir ki, bu barədə Pulse.ng məlumat yayıb.

Adı açıqlanmayan kişi motosikletlə hərəkət edərkən qəzaya düşüb və öldüyü hesab edilərək morqa aparılıb. Lakin bir neçə saat sonra o, özünə gəlib və ayağa qalxıb.

Hadisənin şahidlərinin sözlərinə görə, kişi ayıldıqdan sonra ilk olaraq siqaret və alışqan istəyib.

Ətrafdakılar baş verənlər qarşısında böyük təəccüb yaşayıblar. Hadisə yerində olan şəxslərdən biri kişiyə yaşadığı hadisədən sonra mütləq tibbi müayinədən keçməli olduğunu bildirib.

Ayılan şəxsin kimliyi və hazırkı sağlamlıq vəziyyəti barədə əlavə məlumat verilməyib.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.