Oktay Saral istefa verməsi barədə açıqlama yaydı
Oktay Saral Türkiyə Prezidentinin Baş müşaviri vəzifəsindən istefa verməsi barədə açıqlama yayıb.
Gundelik.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, 2016-cı ildən bəri icra etdiyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsindən istefa ərizəsini bu gün təqdim edib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Oktay Saral bildirib ki, istefası inandığı dəyərlərdən və xalqa xidmət etmək əzmindən geri çəkilməsi demək deyil. O, bundan sonra da Prezident Rəcəb Tayyib Ərdoğanın yanında eyni inam və qətiyyətlə yoluna davam edəcəyini vurğulayıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.