İlon Mask rəqiblərinə Bibliyadan sitatla cavab verdi
“Qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq”
ABŞ-li multimilyarder, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Mask rəqiblərinə Bibliyadan sitat gətirərək cavab verib.
Gundelik.az xəbər verir ki, o, mövqeyini X sosial şəbəkəsində ifadə edib.
İş adamı Matta İncilindən bir ayəyə istinad edib: “Qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq”.
“Kim mənimlə düşmənçilik etməyə başlayırsa, əslində kimin pərdəarxasından ipləri çəkdiyini anlamalıdır. Mən onun kuklalarının deyil, məhz özünün arxasınca gedəcəyəm”, - deyə o, həmçinin xəbərdarlıq edib.
2023-cü ildə Mask çoxsaylı düşmənlərinin olduğu və onların adlarının “böyük bir qəbiristanlıqda” yer aldığını eyham vurmuşdu.
“Orada yeni qəbirlərin yaranmasını istəmirəm, amma başqa seçimim qalmasa, bunu edəcəyəm. Mənə qarşı çıxmaq istəyirlərsə, bunu öz riskləri hesabına etsinlər”, - deyə sahibkar həmin vaxt bildirmişdi.
Nuri
Gundelik.az