Bu şəxslərə ŞAD XƏBƏR: yeni evlər veriləcək
Şamaxı, Ağsu və İsmayıllı rayonlarında 2 fərdi yaşayış evinin tikintisi və 6 fərdi yaşayış evinin bərpası həyata keçiriləcək.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdirliyi tərəfindən müvafiq işlərə başlanılıb.
Hazırda sözügedən işləri icra edəcək şirkətin müəyyənləşdirilməsi istiqamətində prosedurlar həyata keçirilir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Məlumata görə, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında fərdi yaşayış evlərinin tikintisi və bərpası ilə bağlı işlərin ümumi dəyərinin 440,3 min manat olacağı proqnozlaşdırılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.