42 milyonluq malikanələri yandı

42 milyonluq malikanələri yandı

Hollivud ulduzu Uill Smit və həyat yoldaşı Ceyda Pinkett Smitin Kalabasasdakı evində yanğın baş verib.

Gundelik.az xəbər verir ki, hadisə noyabrın 23-də qeydə alınıb. Yanğın evin həyətində yerləşən tikilidə başlayıb.

Bildirilib ki, yanğın təsadüfən baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər.

Qeyd edək ki, cütlüyün Kalabasasdakı malikanəsinin dəyəri təxminən 42 milyon dollar qiymətləndirilir.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.