Fidan Berlində Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.
Qarşılıqlı səfərlərin Türkiyə ilə Almaniya arasındaki münasibətlərin siyasi liderlərin nümayiş etdirdiyi iradə sayəsində necə yenidən canlandığının vacib göstərəcəyi olduğunu bildirən Fidan, “Digər vacib göstərici, nazirlər olaraq sədrlik etdiyimiz və 12 ildən sonra ilk dəfə çağırdığımız strateji dialoq mxanizminin yenidən canlanmasıdır” dedi.
Fidan Türkiyə və Almaniyanın daha çox sahədə daha güclü tərəfdaşlıq nümayiş etdirilməli olduqlarını inandıqlarını vurğulayaraq dedi: “Prezidentimiz və Almaniya kansleri Fridrix Merzin ifadə etdiyi iradəyə uyğun olaraq, birlikdə işləməyə davam edəcəyik.”
Baş nazir Merz tərəfindən qəbul edildiyini də qeyd edən Fidan, həm Prezident Ərdoğanın mesajlarını çatdırdığını, həm də Baş nazir Merzin fikirlərini Prezident Ərdoğana çatdırmaq üçün aldığını vurğuladı.
Almaniyanın Türkiyənin Avropadaki ən böyük, dünyada isə ikinci ən böyük ticarət tərəfdaşı olduğunu bildirən Fidan sözlərini belə davam etdirdi:
“İnanırıq ki, hazırda 52 milyard dollar olan ikitərəfli ticarət həcmimizi yaxın gələcəkdə 60 milyard dollara çatdıra bilərik. Enerji və bağlantı sahələrində dialoq və əməkdaşlığımızın inkişafından məmnunuq. Xüsusi bərpa olunan enerji sahəsində konkret layihələri birgə həyata keçirmək istəyirik. Digər tərəfdən, müdafiə sənayəsində əməkdaşlığımızın şaxələndirilməsinə və inkişafına xüsusi əhəmiyyət veririk. Bu sahədə əməkdaşlığın artırılması münasibətlərimizin strateji xarakterini daha da gücləndirəcək.”
Fidan təhlükəsizlik sahəsinə birgə səylərin vacib bir ölçüsünün terrorizmə qarşı mübarizə olduğunu qeyd edərək əlavə etdi: “İnanırıq ki, terorizmə qarşı mübarizə əməkdaşlığımızın müttəfiqliq ruhuna uyğyn olaraq aydın və nəticəyə yönəlmiş əsasda inkişaf etdirmək hər zamankindən daha vacibdir.”
Fidan həmçinin qeyd etdi ki, Türk icmasının Almaniyaya verdiyi töhfələr iki ölkə arasındaki münasibətləri daha da zənginləşdirir və bildirib ki, “Qərbi Avropada Türk icmasının güclü inkişafı tərəfdaşlığımızın təkcə dövlət səviyyəsində deyil, həm də ictimai səviyyədə kök saldığını göstərir.”
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az
