Xankəndi şəhərində yeni yarımstansiyanın tikintisinə başlanılır.
Gundelik.az-ın məlumatına görə, “Azərişıq” ASC bununla bağlı işlərə yekun vurub.
Belə ki, şəhər ərazisində yerləşən mövcud “Xankəndi Şəhər” yarımstansiyasının əvəzinə yeni yarımstansiya tikiləcək və 35 kV-luq iki dövrəli kabel xətti çəkiləcək (Yarımstansiya №2).
ASC sözügedən işlərin icrasını “Harmony İndustrial Construction and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 5 439 105 manat ödənilib.
Gundelik.az
