Xankəndi şəhərində yeni yarımstansiya tikiləcək.
Gundelik.az xəbər verir ki, yeni tikili mövcud “Xankəndi Şəhər” yarımstansiyasının əvəzinə inşa olunacaq və həmçinin 35 kV-luq iki dövrəli kabel xətti (Yarımstansiya №2) də çəkiləcək.
Məlumata əsasən, artıq bununla bağlı “Azərişiq” Açıq Səhmdar Cəmiyyətində (ASC) müvafiq işlər start götürüb.
ASC qeyd olunan işlərin icrasının 5,6 milyon manata başa gələcəyini ehtimal edir.
Gundelik.az
