“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım o kəsləri deyib gəlmişəm ki, söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmaga, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər.
Ey mənim müsəlman qardaşlarım. Zəmanə ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb gözlərinizi yumub o qədər xa-xa edib güldünüz ki, az qala bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib “lənət şeytana” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxın camalınıza.”
“Molla Nəsrəddin” jurnalı
Azərbaycanda milli mətbuatın yaranması xalqın ictimai şüurunun formalaşması, milli kimliyinin möhkəmlənməsi və maarifçilik ideyalarının yayılması baxımından mühüm tarixi mərhələdir. XIX əsrin ikinci yarısı Azərbaycan cəmiyyətində ciddi dəyişikliklərin baş verdiyi bir dövr idi. Bu dövrdə bir tərəfdən Rusiya imperiyasının tərkibində olan Azərbaycan yeni idarəetmə və sosial münasibətlərlə üzləşir, digər tərəfdən isə Avropa mədəniyyətinin, elmi yeniliklərin və maarifçilik ideyalarının təsiri altında yeni düşüncə tərzi formalaşırdı. Lakin bu dəyişikliklərin geniş xalq kütlələrinə çatdırılması üçün ana dilində informasiya vasitələrinin olmaması ciddi maneə yaradırdı. Əhali əsasən savadsız idi, dini təsəvvürlər və mövhumat geniş yayılmışdı, ictimai problemlərin açıq müzakirəsi isə demək olar ki, mümkün deyildi. Belə bir şəraitdə milli mətbuatın yaranması tarixi zərurət kimi ortaya çıxdı.
Bu zərurəti ilk anlayan və onu reallığa çevirən şəxs böyük maarifçi, publisist və ictimai xadim Həsən bəy Zərdabi oldu. Onun təşəbbüsü ilə 1875-ci il iyulun 22-də Bakıda Əkinçi qəzeti nəşrə başladı və bununla da Azərbaycan milli mətbuatının əsası qoyuldu. “Əkinçi” yalnız bir qəzet deyil, həm də milli oyanışın, maarifçilik hərəkatının və ictimai fikrin inkişafının başlanğıcı idi. Zərdabi qəzet vasitəsilə xalqı savadlanmağa, elmə yiyələnməyə, dünyada baş verən yenilikləri öyrənməyə çağırırdı. Qəzetin dili sadə və anlaşıqlı idi, çünki əsas məqsəd ziyalılardan çox sadə xalq kütlələrinə müraciət etmək idi.
“Əkinçi” qəzetində kənd təsərrüfatı, təhsil, elm, səhiyyə, sosial problemlər və gündəlik həyatla bağlı mövzular geniş yer alırdı. Zərdabi yaxşı anlayırdı ki, xalqın inkişafı üçün ilk növbədə onun dünyagörüşü dəyişməlidir. Bu səbəbdən qəzetdə dini fanatizm, savadsızlıq və gerilik açıq şəkildə tənqid olunurdu. Eyni zamanda qadınların təhsili, cəmiyyətdə rolu kimi dövr üçün olduqca həssas mövzular da diqqət mərkəzinə çəkilirdi. Lakin bu cür azadfikirlilik çar Rusiyası hakimiyyətini və yerli mühafizəkar dairələri narahat edirdi. Nəticədə qəzet cəmi iki il fəaliyyət göstərdikdən sonra – 1877-ci ildə bağlandı. Buna baxmayaraq, “Əkinçi”nin ideyaları Azərbaycan mətbuatının sonrakı inkişafı üçün möhkəm təməl yaratdı.
“Əkinçi”dən sonra Azərbaycanda milli mətbuat ənənəsi davam etdirildi və yeni qəzet və jurnallar meydana gəldi. Bu nəşrlər arasında Ziya qəzeti, Kəşkül qəzeti və Ziyayi-Qafqaziyyə qəzeti xüsusi yer tutur. Bu qəzetlər “Əkinçi”nin başladığı maarifçilik xəttini davam etdirərək xalq arasında savadlanma ideyalarını yayır, ictimai problemləri işıqlandırır və milli şüurun inkişafına töhfə verirdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində isə Kaspi qəzeti kimi nəşrlər daha geniş oxucu kütləsinə malik oldu və ictimai-siyasi məsələlərin müzakirəsində mühüm rol oynadı.
XX əsrin əvvəllərində Azərbaycan mətbuatı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu dövr artıq təkcə maarifçilik deyil, həm də ictimai-siyasi tənqid, satira və milli ideologiyanın formalaşması dövrü idi. Bu mərhələnin ən parlaq nümunəsi isə 1906-cı ildə nəşrə başlayan Molla Nəsrəddin jurnalı oldu.
“Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuat tarixində təkcə bir nəşr deyil, bütöv bir ədəbi-ictimai məktəb idi. Jurnalın yaradıcısı və baş redaktoru görkəmli yazıçı və publisist Cəlil Məmmədquluzadə idi. Onun ətrafında dövrün ən qabaqcıl ziyalıları – Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev və digər tanınmış qələm sahibləri toplaşmışdı.
Jurnalın əsas xüsusiyyəti onun satirik dili və kəskin tənqid ruhu idi. “Molla Nəsrəddin” cəmiyyətin ən ağrılı problemlərini – savadsızlığı, dini fanatizmi, qadın hüquqsuzluğunu, sosial ədalətsizliyi, məmur özbaşınalığını – yumor və satira vasitəsilə ifşa edirdi. Bu yanaşma onu digər nəşrlərdən fərqləndirir və geniş xalq kütləsi üçün daha təsirli edirdi. Jurnalın karikaturaları da xüsusi əhəmiyyət daşıyırdı; onlar sözlə deyil, təsvirlə ictimai problemləri göstərir və oxucuların diqqətini cəlb edirdi.
“Molla Nəsrəddin” yalnız Azərbaycanda deyil, bütün Şərqdə böyük nüfuz qazandı. Onun təsiri ilə İran, Türkiyə, Orta Asiya və digər bölgələrdə də satirik mətbuat inkişaf etməyə başladı. Jurnal bir növ regionda azad fikir tribunası rolunu oynayırdı. O, xalqı düşünməyə, mövcud problemlərə tənqidi yanaşmağa və dəyişikliklərə çağırırdı.
Bununla yanaşı, jurnal milli kimliyin formalaşmasında da mühüm rol oynadı. Ana dilinin qorunması, milli dəyərlərin təbliği və müasir dünyaya inteqrasiya ideyaları jurnalın əsas xəttini təşkil edirdi. “Molla Nəsrəddin” cəmiyyətin güzgüsü kimi çıxış edərək onun nöqsanlarını açıq şəkildə göstərir və islahatların zəruriliyini vurğulayırdı.
Nəticə etibarilə, Azərbaycanda milli mətbuatın yaranması “Əkinçi” ilə başlayaraq tədricən inkişaf etmiş və “Molla Nəsrəddin” kimi güclü ideoloji platformaya çevrilmişdir. Bu proses təkcə jurnalistikanın deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafına, milli şüurun formalaşmasına və müasir düşüncə tərzinin yaranmasına böyük təsir göstərmişdir. Bu gün də Azərbaycan mətbuatının əsas prinsipləri həmin dövrdə qoyulan maarifçilik, azad fikir və ictimai məsuliyyət ideyalarına söykənir.
Azərbaycanın satira jurnalları: dünəndən bu günə
1906-cı ildə nəşrə başlayan və illər ərzində öncüllüyünü, bənzərsizliyini saxlayan “Molla Həsrəddin” jurnalının ictimai mühitə təsiri çox güclü oldu. Bu yazıda “Molla Həsrəddin” jurnalından sonra Azərbaycanda nəşr olunan satirik jurnalların xronologiyasına nəzər salınacaq. “Molla Nəsrəddin” jurnalının təsiri altında Azərbaycanda “Bəhlul” (1907), “Zənbur” (1909-1910), “Mirat” (1910), “An” (1910-1911), “Kəlniyyət” (1912-1913), “Lək-lək” (1914), “Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-Əmir” (1915-1916), “Tartan-Partan” (1918), “Şeypur” (1918-1919), “Zənbur” (1919), “Məşəl” (1919-1920) kimi Azərbaycan dilində nəşr olunan satirik jurnallarla yanaşı, bu dövr Bakıda rus dilində “Cigit” (1907-1918), “Vay-vay” (1908), “Bakinskoe qore” (1908-1909), “Biç” (1909-1915), “Adskaya poçta” (1909-1910), “Bakinskiye strelı” (1910), “Baraban” (1912-1913) kimi satirik jurnallar da dərc olunurdu.
“Zənbur” məcmuəsi 1909-1910-cu illərdə Bakıda “Molla Nəsrəddin” jurnalının təsiri ilə nəşr edilən həftəlik satira jurnalı idi. Jurnalda Azərbaycan teatrına, səhnə sənəti ustalarına, o cümlədən Üzeyir Hacıbəyliyə qarşı haqlı-haqsız hücumlar edilirdi. Maraqlıdır ki, Üzeyir Hacıbəyli “Zənbur” jurnalı haqqında rəy yazmış (“Yazıq qələm, yazıq oxucular, yazıq ədəbiyyat ki, tərbiyəsizlər əlinə düşübdür! Nifrət, nifrət olsun müqəddəs qələmi qərəzi-şəzsi aləti edənlərə, nifrət!”), həm də mətbuatda “Zənburçu”lara açıq məktubla çıxış etmişdi.
Jurnalın naşiri həkim və yazıçı Əbdülxalıq Axundov, redaktoru əvvəlcə Rzabəy Səlimxanov, sonra isə Əzim Əzimzadə və nəhayət, knyaz Murtuz bəy Palavandov olmuşdu. Jurnalda Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Abbas Səhhət, Əliabbas Müznib və başqaları fəal iştirak ediblər. “Babayi-Əmir” jurnalı 1915-ci il 21 apreldən 1916-cı il 17 oktyabradək Bakıda nəşr olunub. Jurnalın redaktoru Əlabbas Müznib, naşiri onun qardaşı Əbülfəz Mütəlliboğlu olub. Cəmi 65 nömrəsi çapdan çıxıb. “Babayi-Əmir” jurnalının nəşrinə “Molla Nəsrəddin” jurnalının böyük təsiri olmuşdu. 26-31-ci nömrələri üçün Əzim Əzimzadə rəngli rəsmlər çəkmişdi. (26-cı nömrəsinədək jurnal rəngsiz çap olunurdu. “Babayi-Əmir”in əməkdaşları arasında M.S.Ordubadi, Əli Nəzmi, Seyid Hüseyn, Ə.Vahid, B.Abbaszadə (Hambal), H.İ.Qasımov və başqaları vardı. Sələfi “Molla Nəsrəddin” jurnalı kimi, “Babayi-Əmir”də də felyeton, satirik şeir və s. janrlardan istifadə edilirdi. “Babayi-Əmir”in səhifələrində mədəniyyət məsələləri, dini fanatizm əleyhinə mübarizə və sair mövzularda yazılara, rəsmlərə geniş yer verilirdi. Yazıları əsasən şeirlərdən ibarət idi. “Zərərli istiqamətinə görə” “Babayi-Əmir” jurnalının nəşri dayandırılmışdı.
1914 fevral ayının 22-dən həmin ilin 30 iyunundadək nəşr olunmuş, cəmi 12 nömrəsi işıq üzü görmüş “Lək-lək” (əslində senzura sənədlərində “Leylək” jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır. “Lək-lək” “Molla Nəsrəddin” ədəbi məktəbi ənənələrini davam etdirib. Jurnalın naşir və redaktoru Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadə olub. Jurnal İrəvandakı “Luys” mətbəəsində çap edilirdi. Onun nəşrinin dayandırılması ilə bağlı müəllifin qeydləri var. Jurnalda dövrün ictimai-siyasi, ədəbi və mədəni hadisələri ilə yaxından tanış olmaq mümkündür.
“Lək-lək” indiki Ermənistanda türk dilində nəşr olunan ilk mətbuat orqanı, həftəlik məzhəkəli məcmuə olub. 1913-cü ildə “Lək-lək”in nəşrinə icazə verilməsi haqqında senzura sənədlərində Gürcüstan SSR Mərkəzi Dövlət Tarix Arxivindəki 480-ci fondun 1-ci siyahısının 968 nömrəli iş-qovluğunda İrəvan qubernatorunun “Lək-lək”i buraxmaq haqqında Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə verdiyi 21 yanvar 1914-cü il tarixli şəhadətnaməsində jurnalın baş məqalələr, şeir, şəhər işləri, Qafqaz xəbərləri, teleqramlar, xarici və daxili xəbərlər, felyeton, təmsil, poçta qutusu, elanlar çapına icazə verilmişdi. “Lək-lək” jurnalının 1914-cü il fevralın 22-də 1-ci nömrəsi, 12-ci nömrəsi isə həmin ilin 30 iyununda nəşr olunub.
Akademik İsa Həbbibbəylinin araşdırmalarında vurğulanır ki, “Molla Nəsrəddin” ədəbi məktəbi çox geniş anlayış olub, özündə bir neçə yaradıcılıq istiqamətini, çoxsaylı yaradıcı qüvvələri birləşdirirdi: “Bir çox yaradıcılıq sahələri “Molla Nəsrəddin” ədəbi məktəbi içərisində, onun hüdudları daxilində xüsusilə inkişaf edərək daha qabarıq şəkildə nəzərə çarpıb. Beləliklə, vahid ədəbi məktəb daxilində bir neçə məktəb, necə deyərlər, məktəb içində məktəblər yaranıb. “Molla Nəsrəddin” satirik şeir məktəbi, mollanəsrəddinçi yeni nəsr, satirik publisistika və karikatura məktəbləri “Molla Nəsrəddin” ədəbi məktəbinin üzvi tərkib hissələridir. Doğrudur, bu məktəblərdən hər biri, xüsusən, mollanəsrəddinçi satirik şeir məktəbi həm də müstəqil ədəbi məktəb təsiri bağışlayır. Hətta “Molla Nəsrəddin” şeir məktəbinin zəminində formalaşmış və xüsusi bir Sabir satira məktəbi də nəzərə çarpmaqdadır. Yaxud “Molla Nəsrəddin” karikatura məktəbi ənənələri əsasında ayrıca Əzim Əzimzadə karikaturaçılıq məktəbinin yaranması da inkarolunmaz faktdır. Bütün bunlar nəinki “Molla Nəsrəddin” ədəbi məktəbinin əhəmiyyətini azaltmır, əksinə, bu möhtəşəm məktəbin geniş sənət imkanlarını nümayiş etdirir. Görkəmli Azərbaycan ədəbiyyatşünası Firidunbəy Köçərlinin fikrincə, “nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etmək” mollanəsrəddinçi təlimin baş xəttini müəyyən edir. Cəlil Məmmədquluzadənin məsləkdaşı Ömər Faiq Nemanzadə mollanəsrəddinçiliyi aşağıdakı kimi mənalandırırdı: “Molla Nəsrəddin”in gedəcəyi yol birdir ki, o da hər şeydən artıq öz qüsurlarımıza, öz üstümüzdəki ləkələrə, tərəqqiyə mane olan cahilanə adətlərimizə acı-acı gülüb, millətin səadətinə çalışmaqdır”.
Dövrünün görkəmli ziyalılarından Yusif Vəzir Çəmənzəminli mollanəsrəddinçilikdə “geniş kütlənin anlayacağı bir dildə” yazıb-yaratmağı zəruri faktor kimi ön mövqeyə çəkmişdi. Hətta realizmlə müqayisədə əks mövqeyi təmsil edən Əlibəy Hüseynzadə də bu qənaətdə idi ki, “Molla Nəsrəddin”in ələ aldığı balta zöhk və xəndə, istehza və rişxənddən, müstəhziyanə yazı və şəkillərdən ibarətdir”. Möhtərəm Əli bəy Hüseynzadənin Cəlil Məmmədquluzadə ilə 1910-cu ildə Tiflisdəki tarixi görüşü zamanı söylədiyi “açıq yazmağı bacarmaq hünərdir” kəlamı da mollanəsrəddinçi ədəbiyyatın ən çox mübahisə doğurmuş dil siyasətinin üstünlüyünə verilmiş yüksək qiymətin ifadəsi idi.
Mollanəsrəddinçilik təlimi “Molla Nəsrəddin” ədəbi məktəbinin anayasası, nizamnaməsi və əsasnaməsidir.
Mollanəsrəddinçilik – ictimai satira vasitəsilə mövcud cəmiyyəti yeniləşdirmək, məmləkəti irəli aparmaq deməkdir.
Mollanəsrəddinçilik – xalqın milli-mənəvi özünüdərkinin, millətin siyasi oyanışı və ayıqlığının hərəkətverici qüvvəsidir. Milli müstəqillik və azadlıq uğrunda mübarizə mollanəsrəddinçilik təliminin baş xəttini təşkil edir. Mollanəsrəddinçilik təliminin daşıyıcısı olan “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər milli istiqlala bir ordudan ziyadə xidmət göstərmişdi. Bu mənada “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının ən böyük istiqlal kitabıdır. Mollanəsrəddinçilik – milli istiqlal məfkurəsinin cövhərini təşkil edir. Yaxud milli istiqlal uğrunda mübarizə dövrün digər axınları ilə müqayisədə daha çox mollanəsrəddinçilikdən keçib”.
Sovetlərin vaxtından bəri, onillərdir ki, yaddaşlarda özünə möhkəm yer tutmuş “Kirpi” jurnalının saylarına yenə də köşklərdə rast gəlmək olur. Ötən yüzilin 90-cı illərinə kimi jurnalın hər sayı ictimai mühitdə böyük maraqla qarşılanırdı. Görünür, 90-cı illərdən başlayaraq satirik jurnalların artması, ümumiyyətlə, qəzet-jurnal bolluğu “Kirpi”nin tədricən ictimai mövqeyinə təsir göstərdi.
Jurnalın baş redaktoru Polad Qasımovun jurnalın qayəsini ifadə edən fikirləri maraqlıdır: “”Molla Nəsrəddin” jurnalı fəaliyyətini dayandırdıqdan sonra Azərbaycan mətbuatında satira-yumor sahəsində boşluq yaranmışdı. Bu boşluğu doldurmaq, bürokratları, rüşvətxor və el malını talayanları, cəhalət tör-töküntülərini, adət-ənənələrimizə, mənəvi dəyərlərimizə xor baxanları rüsvay etmək, satira və yumoru qoruyub saxlamaq və onu daha da inkişaf etdirmək üçün 1952-ci ilin yayında “Kirpi” jurnalı fəaliyyətə başladı. Jurnal ilk sayında öz sələfinə müraciət edərək bildirirdi ki, onun ənənələrini şərəflə davam etdirəcək, xalqın keşiyində dayanacaq, hər cür əyintilərə qarşı mübarizədə Mirzə Cəlil sözünün gücündən, onun ölməz satirasından bəhrələnəcək.
Bu gün “Kirpi” öz vədinə, öz sözünə əməl etməkdədir. Xalq öz satirik tribunasından istifadə edərək haqqı nahaq ayağına verənləri, irəliləyişimizə mane olmağa cəhd göstərənləri, “burda mənəm, Bağdadda kor xəlifə” iddiasına düşənləri, adamları incidən, onları get-gələ salan rüşvətxor, bürokrat idarə rəhbərlərini sözün və fırçanın gücü ilə doğru yola, saflığa və paklığa çağırır. Bu illər ərzində “Kirpi”nin ətrafında həm də böyük ədəbi məktəb yaranıb. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal, Sabit Rəhman, Əvəz Sadıq, Seyfəddin Dağlı, Salam Qədirzadə kimi görkəmli şair və yazıçılar, İsmayıl Axundov, Həsən Haqverdiyev, Ziya Kərimbəyli, Nəcəfqulu, Hüseyn Əliyev, Adil Elçin, Hafiz Nəsiroğlu kimi məşhur fırça ustaları “Kirpi”nin səhifələrində öz dəyərli əsərləri ilə oxucuları güldürüb, düşündürüb, insanları mənəvi saflıq uğrunda mübarizəyə səsləyiblər. İndi də belədir, “Molla Nəsrəddin” ənənələri yaşayır və davam etdirilir. “Kirpi”əvvəllər olduğu kimi yenə də həyatımızda baş verən neqativ hallardan, dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsi yolunda əl-ayağa dolaşanlara, vəzifə hərislərinə, işinin öhdəsindən gələ bilməyən məmurlara, süründürməci və bürokrat idarə və müəssisə rəhbərlərinə sərrast satira atəşi açır, Mirzə Cəlilin, Sabirin, Üzeyir bəyin düşündürən gülüşünün işığı ilə hər evin, hər ailənin qonağı olmağa çalışır. “Kirpi” jurnalı daim öz sevimli oxucularına, ölkənin satira-yumoru qiymətləndirən ziyalılarına arxalanır. Onların verdiyi yüksək qiymətin, məktub və siqnalların müqabilində düzü-düz, əyrini-əyri görmək üçün jurnal daim axtarır, araşdırır, yeni-yeni görüşlərə tələsir. Bizim məqsədimiz satira və yumorun gücü ilə sağlam cəmiyyətdə sağlam ab-hava yaratmaqdır. Satira xalqdan gələn bir janrdır, nə qədər xalq var, satira da yaşayacaq”.
Molla Nəsrəddinin yaranma səbəbi və zəruriyyəti
XX əsrin əvvəllərində Azərbaycan cəmiyyəti mürəkkəb və ziddiyyətli bir mərhələdən keçirdi. Bir tərəfdən, yeni iqtisadi münasibətlər, şəhərləşmə və Avropa təsiri nəticəsində müasir düşüncə tərzi formalaşmağa başlayırdı, digər tərəfdən isə cəmiyyətin böyük hissəsi hələ də savadsızlıq, dini fanatizm, sosial ədalətsizlik və köhnə düşüncə qəliblərinin təsiri altında qalırdı. Bu ziddiyyətlər ictimai fikirdə gərginlik yaradır, dəyişikliklərə ehtiyacın getdikcə daha aydın hiss olunmasına səbəb olurdu. Məhz belə bir tarixi şəraitdə kəskin, təsirli və xalqın anlaya biləcəyi dildə danışan yeni tipli mətbuat orqanına ehtiyac yaranmışdı. Bu ehtiyacın nəticəsi kimi 1906-cı ildə Molla Nəsrəddin jurnalı meydana çıxdı.
Jurnalın yaradıcısı və ideya rəhbəri Cəlil Məmmədquluzadə idi. O, dövrün sosial problemlərini yalnız ciddi publisistik məqalələrlə deyil, daha geniş təsir gücünə malik olan satira vasitəsilə çatdırmağın vacibliyini dərk edirdi. Çünki cəmiyyətin böyük hissəsi üçün quru və akademik üslubda yazılmış məqalələr təsirli deyildi. İnsanlara düşündürmək, onları sarsıtmaq və dəyişməyə təşviq etmək üçün daha kəskin və eyni zamanda anlaşıqlı bir dil lazım idi. “Molla Nəsrəddin” məhz bu boşluğu doldurdu.
Jurnalın yaranmasının əsas səbəblərindən biri cəmiyyətdə hökm sürən savadsızlıq idi. Əhalinin böyük hissəsi oxuyub-yaza bilmirdi və bu da onların sosial və siyasi proseslərdən kənarda qalmasına səbəb olurdu. Bu vəziyyətdə klassik mətbuat vasitələri kifayət qədər effektiv deyildi. “Molla Nəsrəddin” isə sadə dil, yumor və karikaturalar vasitəsilə hətta savadı zəif olan insanlar üçün belə anlaşıqlı mesajlar ötürə bilirdi. Karikaturalar xüsusilə böyük rol oynayırdı; onlar sözsüz belə ictimai problemləri aydın şəkildə göstərirdi.
Digər mühüm səbəb cəmiyyətdə geniş yayılmış dini fanatizm və mövhumat idi. Jurnal bu məsələləri açıq şəkildə tənqid edir, dinin mahiyyətindən uzaqlaşdırılmış yanlış təsəvvürləri ifşa edirdi. Bu, o dövr üçün son dərəcə cəsarətli addım idi. “Molla Nəsrəddin” göstərirdi ki, geriliyin əsas səbəblərindən biri düşüncədəki qapanıqlıq və tənqidə dözümsüzlükdür. Buna görə də jurnal insanları daha açıq fikirli olmağa, elmə və təhsilə yönəlməyə çağırırdı.
Sosial ədalətsizlik də jurnalın yaranmasını şərtləndirən əsas amillərdən idi. Cəmiyyətdə varlı və kasıb təbəqə arasında böyük fərq mövcud idi, məmur özbaşınalığı, rüşvətxorluq və hüquqsuzluq geniş yayılmışdı. “Molla Nəsrəddin” bu problemləri satirik dillə ifşa edərək ictimai qınaq formalaşdırırdı. Jurnalın əsas gücü də məhz buradan gəlirdi: o, qorxmadan həqiqəti deyirdi və bunu elə formada təqdim edirdi ki, oxucu həm gülür, həm də düşünürdü.
Jurnalın yaranmasının digər bir zərurəti isə milli şüurun formalaşdırılması idi. XX əsrin əvvəllərində Azərbaycan xalqı öz milli kimliyini daha dərindən dərk etməyə başlayırdı. Bu prosesdə mətbuat mühüm rol oynayırdı. “Molla Nəsrəddin” ana dilinin qorunmasına, milli dəyərlərin təbliğinə və xalqın özünüdərk prosesinə ciddi töhfə verdi. Jurnal milli birliyi gücləndirir, insanları ortaq problemlər ətrafında düşünməyə vadar edirdi.
Bu nəşrin ətrafında dövrün ən qabaqcıl ziyalıları toplaşmışdı. Onların arasında Mirzə Ələkbər Sabir xüsusi yer tutur. Sabirin satirik şeirləri jurnalın ideya xəttini daha da gücləndirir, cəmiyyətin nöqsanlarını kəskin şəkildə üzə çıxarırdı. Bu birlik “Molla Nəsrəddin”i təkcə jurnal deyil, bütöv bir ideoloji və ədəbi hərəkat səviyyəsinə yüksəltdi.
“Molla Nəsrəddin”in yaranmasının zəruriliyi həm də onun təsir dairəsində özünü göstərir. Jurnal təkcə Azərbaycanda deyil, bütün Qafqazda, İranda, Osmanlı imperiyasında və Orta Asiyada geniş yayılmışdı. Bu, onun nə qədər böyük ehtiyacdan doğduğunu sübut edir. O, yalnız mövcud problemləri göstərməklə kifayətlənmir, həm də cəmiyyətə çıxış yolu təklif edirdi: maariflənmək, düşünmək və dəyişmək.
Nəticə etibarilə, “Molla Nəsrəddin” jurnalının yaranması təsadüfi hadisə deyildi; o, dövrün sosial, siyasi və mədəni tələblərindən doğan tarixi zərurət idi. Bu jurnal cəmiyyətin aynasına çevrilərək onun bütün çatışmazlıqlarını üzə çıxardı və eyni zamanda inkişaf yolunu göstərdi. Onun əsas missiyası insanları oyatmaq, onları passiv müşahidəçidən fəal düşünən fərdlərə çevirmək idi. Bu baxımdan “Molla Nəsrəddin” yalnız bir mətbuat orqanı deyil, həm də milli oyanışın və ictimai tərəqqinin simvolu kimi tarixə düşmüşdür.
“Molla Nəsrəddin” jurnalı
XX əsrin əvvəlləri Azərbaycanda təkcə neft bumu və vüsətli tikinti ilə deyil, həm də 1905-1907-ci illərin inqilabi hadisələri fonunda milli hərəkatın yüksəlişi ilə əlamətdardır. Bu dövr Azərbaycan ədəbiyyatı üçün də zəngin və mürəkkəb dövrlərdən biridir. Tarixi şəraitin mürəkkəbliyi və çətinliyi Azərbaycan ziyalılarının milli mədəniyyəti inkişaf etdirmək əzmini daha da qüvvətləndirirdi. Dövrün ən maraqlı mətbu orqanı isə «Molla Nəsrəddin» jurnalı idi.
Həftədə bir dəfə Azərbaycan dilində çıxan bu jurnal bütün müsəlman dünyasında və Yaxın Şərqdə rəngli və şəkilli yeganə satirik nəşr idi. Hər nömrəsi 8 səhifədən ibarət olan jurnalda ictimai bəlaların tənqidinə və ifşasına, rəngli karikaturalara geniş yer verilirdi. Jurnalı ərsəyə gətirənlər cəmiyyətdəki kəsirləri açıb göstərməklə, xalqın ictimai-siyasi şüurunu inkişaf etdirmək, onu dünyanın ən qabaqcıl və mədəni xalqları cərgəsinə qatmaq istəyirdilər.
«Molla Nəsrəddin» jurnalı 25 il ərzində müəyyən fasilələrlə Tiflisdə, Təbrizdə və Bakıda nəşr olunub. Onun Tiflis dövrü 1906-1918-ci illəri, Təbriz dövrü 1921-ci ili, Bakı dövrü isə 1922-1931-ci illəri əhatə edib. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çıxıb. Onun təsisçisi, Mirzə Cəlil adı ilə tanınan istedadlı yazıçı və gözəl publisist Cəlil Məmmədquluzadə bu hadisənin əhəmiyyətini qiymətləndirərək yazırdı ki, «Molla Nəsrəddin» jurnalını təbiətin özü yaratdı.
Jurnalın birinci nömrəsinin üz qabağında verilən şəkildə möhkəm yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqalı Molla Nəsrəddin yatanların yanında durub onları oyatmaq istəyir. Bu karikaturanı Tiflisdə yaşayan alman rəssamı Oskar Şmerling çəkmişdi. İkinci səhifəsi “Sizi deyib gəlmişəm” məqaləsi ilə açılır. Sonrakı səhifələrində satirik xəbərlər, teleqramlar, atalar sözləri, “Dəllək” hekayəsi, “Lisan bəlası” felyetonu və dörd karikatura çap olunub. “Sizi deyib gəlmişəm” məqaləsi bu sözlərlə başlayır:
“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”.
Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər “xa-xa!..” edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, “lənət şeytana!” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.
Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza”.
O dövrün feodal–patriarxal mühitinə meydan oxuyan bu sözlər xalqın oyanışını istəməyən qüvvələri narahat etməyə başladı. Jurnalda zahirən ciddi təsir bağışlayan teleqramlar, atalar sözləri, hesab məsələləri də kinayəli ruhda – gah satirik, gah yumoristik tərzdə təqdim edilirdi. Buna görə də jurnal elə birinci nömrəsindən hücumlara məruz qaldı, bəzən bu səbəbdən, bəzən də maddi səbəblərə görə dəfələrlə öz fəaliyyətini dayandırmalı oldu.
O dövrün tanınmış yazıçısı Əbdürrəhim bəy Haqverdiyev öz xatirələrində yazırdı: “Bu nömrə şəhər əhalisi arasında bir bоmba tək partladı. Bu jurnal gərək bir müsəlmanın evinə girməsin, оnu nəinki оxumaq, ələ belə almaq haramdır: оnu maşa ilə götürüb ayaqyоluna atmaq lazımdır”.
«Molla Nəsrəddin» o dövrdə Türkiyə, Rusiya və İranda ən çox oxunan başqa nəşrlərdən fərqli olaraq kəmsavad oxuculara müraciət edirdi. Onun mətnləri çox sadə, karikaturaları isə dərhal başa düşülən idi. Karikaturalarda jurnalın çox vaxt təhsilin və dünyəvi cəmiyyətin düşmənləri adlandırdığı din xadimləri təsvir olunurdu.
Bu karikaturalar dini dövlətlə dünyəvi dövlətin fərqini göstərir, şəxsi həyata və dünyəvi dövlətin həyatına dinin müdaxilə etməsinə qarşı çıxırdı. Onun gülüş və tənqid hədəfi çox idi: Şərq istibdadı, müsəlman ətaləti və geriliyi, avamlıq, maarifsizlik, təriqətçilik, müstəmləkəçilik və s.
Jurnalın əməkdaşları müxtəlif bədii formaların – satirik hekayələrin, felyetonların, şeir və məqalələrin köməyi ilə cəmiyyətin canına işləmiş bu naqislikləri öldürücü gülüş hədəfinə çevirirdilər. Jurnalın səhifələrində güldürən xəbərlər, məktublar, elanlar, atalar sözləri, məsəllər, atmacalar geniş yer tuturdu.
«Molla Nəsrəddin» beynəlxalq hadisələrə münasibət bildirir, imperialist dövlətlərin müstəmləkəçilik siyasətini tənqid edir, Şərq xalqlarının azadlıq uğrunda mübarizəsinə rəvac verirdi. Jurnalın şöhrəti artaraq, konkret coğrafi məkan çərçivəsindən kənara çıxmış, Rusiya, Qafqaz və Orta Asiyanın hər yerinə yayılaraq türk və müsəlman xalqlarının ictimai-siyasi inkişafında əhəmiyyətli rol oynamış, habelə İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrin xalqlarının sosial-mədəni və siyasi tərəqqisinə böyük təsir göstərmişdi. Jurnalın redaktoru, böyük satirik və maarifçi C. Məmmədquluzadə qarşısına cəmiyyətin nöqsanlarını oxuculara göstərmək və onları yaxşı həyat uğrunda mübarizəyə təşviq etmək məqsədi qoymuşdu.
Sadə insanlar jurnalın hər nömrəsini səbirsizliklə və həyəcanla gözləyirdilər. Satira hədəfinə çevrilənlər isə onu nifrətlə qarşılayırdılar. Din xadimlərinin masqaraya qoyulması və qadın hüquqları uğrunda mübarizə şəksiz ki, riskli iş idi. Məsələn, Ordubadın din xadimləri C. Məmmədquluzadəni lənətləyən vərəqələr yayır, onu öldürməklə hədələyirdilər. Tiflisdə jurnalın redaksiyasında dəfələrlə axtarış aparılmış, hücumlar edilmişdi. C. Məmmədquluzadənin həyatı daim təhlükədə idi.
Jurnala Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz Şəbüstəri, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı kimi görkəmli yazıçı və şairlər dəstəsi, Əzim Əzimzadə, Oskar Şmerlinq və İosif Rotter kimi rəssamlar cəlb olunmuşdu. Ömər Faiz Nemanzadə C. Məmmədquluzadənin ən yaxın köməkçisi və məsləkdaşı idi.
Jurnalın ilk nömrələrini onlar birlikdə hazırlamışdılar. Əslində, «Molla Nəsrəddin» Azərbaycanda ədəbi məktəb yaradan ilk mətbuat orqanı idi. Müəlliflər öz ideyalarını aydın şəkildə daha çox insana çatdırmaq üçün müxtəlif üsullardan istifadə edir, Azərbaycan dilində məzəli zarafatlar, felyetonlar, yumor və satira, lətifələr, söhbətlər və ləzzətli karikaturalar təqdim edirdilər. Mollanəsrəddinçilər ana dilinin şirinliyindən istifadə edərək Azərbaycan nəsri və poeziyasında yeni üslubun müəllifləri oldular. Jurnalın səhifələrində dərc edilmiş parlaq və cəsarətli əsərlər sonralar Azərbaycan bədii ədəbiyyatının və publisistikasının qızıl fonduna daxil oldu.
Jurnal 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında, 1919-cu ildə Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsində də az rol oynamayıb. Yalnız Azərbaycan Milli Kitabxanasında bu jurnalın köhnə surətlərini vərəqləyərkən onun müəlliflərinin və rəssamlarının nə dərəcədə cəsarətli və istedadlı insanlar olduğunu başa düşürsən.
Jurnal 1931-ci ilə qədər fəaliyyət göstərdi. Yazıçı sovet dövründə də jurnala redaktorluq edir, yeni Azərbaycan əlifbasının tətbiqi istiqamətində fəal iş aparırdı. Amma «Molla Nəsrəddin» sovet hakimiyyəti illərində çox yaşamadı. 1930-cu illərin əvvəllərində hakimiyyət orqanları Mirzə Cəlildən tələb etdilər ki, sovet ideologiyasına uyğun gəlməsi üçün jurnalın adını dəyişdirib “Allahsız” qoysun. Jurnalın əvəzsiz redaktoru bolşevik senzurası ilə barışmadığı üçün tezliklə baş redaktor vəzifəsini tərk etdi.
Müsəlman Şərqinin mətbuat tarixində Azərbaycan dilində ilk satirik jurnalın əhəmiyyəti ölçüyəgəlməzdir. Onun fəaliyyəti bu qəbildən tam bir sıra nəşrin təsis edilməsinə təkan verdi. Beləcə, «Bəhlul», «Azərbaycan», «Mirat», «Babai-Əmir» və s. kimi jurnallar yarandı. «Molla Nəsrəddin» Azərbaycanda demokratik mətbuatın inkişafına böyük təsir göstərdi və çox qısa müddətdə təkcə Azərbaycanda deyil, həm də bütün Yaxın və Orta Şərq ölkələrində ən oxunan nəşrə çevrildi. Mövcud olduğu 25 il ərzində onun 800 nömrəsi işıq üzü gördü. “Molla Nəsrəddin” XXI əsrin insanını da ruhlandırmağa davam edir.
“Molla Nəsrəddin” jurnalı Azərbaycanın milli mətbuatının ən gözəl nümunələrindən biridir
Bu jurnal ilk dəfə 1906-cı ildə, aprelin 7-də Tiflis şəhərində nəşr edilmişdir. Daha sonra isə, jurnalın fəaliyyət göstərdiyi 1922–1931- ci illər arasında isə, əsasən, Bakıda, nəşr edilmişdir. Jurnalın əsas məqsədi müasir dünyanın siyasi, iqtisadi, mədəni, sosial və dini problemlərinə dair müzakirələr apararaq, oxucularını düşündürmək və inkişafa təşviş etmək idi.
Jurnalın əsasını iki görkəmli şəxsiyyət qoymuşdur – Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə.
Cəlil Məmmədquluzadə1905-ci ilin aprelində Tiflisdə “Şərqi-Rus” adlı günlük qəzetin nümayəndəsi olarkən, şeyxülislamın siyasi qərarlarına etiraz edən bir məqalə yazaraq, həbs edilir. Məhkəmə qərarı ilə onun həbsi 6 ay təxirə salınıb, o isə bu müddət ərzində bir jurnal yaratmaq fikrindən ilham alır.
Jurnal ilk zamanlarında çox səliqəli deyildi, lakin müəllif və müxbirlərin istedadı sayəsində qısa zamanda jurnalda təkmilləşmə və irəliləyiş baş verir. Jurnalın mövzuları arasında siyasi və sosial məsələlər, insan hüquqları, dindarlıq, mədəniyyət, cins ayrıseçkilik və s. kimi mövzular əsas yer tuturdu.
Ömər Faiq Nemanzadə “Molla Nəsrəddin” jurnalının yaradılmasında və müasir dövr Azərbaycan mizahının inkişafında əhəmiyyətli bir rol oynamış Azərbaycanlı yazıçı, tərcüməçi və mədəniyyət xadimi olmuşdur.
Ömər Faiq Nemanzadə Cəlil Məmmədquluzadə ilə tanış olaraq, “Molla Nəsrəddin” jurnalının müxbiri kimi onunla birgə çalışmağa başlamışdır. Jurnalda yazılar yazaraq, tərcümələr edərək və hətta məqalələrin müəllifi kimi fəaliyyət göstərərək, jurnalın yaradılmasında və inkişafında böyük təsir sahibi olmuşdur.
“Molla Nəsrəddin” jurnalının həm Azərbaycan, həm də bütün Qafqaz ərazisində böyük təsiri olmuşdur. Jurnal Cəlil Məmmədquluzadənin yaradıcılığı və müasir dövrdəki Azərbaycan mizah və satirasının banisi kimi ən qiymətli nümunələrdən biri olaraq qəbul edilir.
“Molla Nəsrəddin” jurnalı haqqında bilməli olduğumuz əsas faktları toplayaraq sizin diqqətinizə çatdırırıq.
Ömər Faiq Nemanzadənin əsərləri jurnalın mizahi tərəfini gücləndirmək üçün istifadə olunmuşdur. O, müxtəlif məqalələr, əsərlər, parodiyalar, tərcümələr və dəstək məktubları yazarak, jurnalın müxbiri və müəllifi Cəlil Məmmədquluzadənin baxış bucağını daha da gücləndirib, jurnalın təsir qabiliyyətini artırıb.
“Molla Nəsrəddin” jurnalının əsas qələbəsi isə, dini mövhumatın, müxtəlif qurumların özbaşına fəaliyyətlərinin, sosial bərabərsizliyin, siyasi və iqtisadi asılılığın qarşısının alınması yolunda zehni oyanışa güclü təkan verməsi idi. Bu jurnalın məqalələri əsl xald qilində yazılırdı. Həm çox sevimli və təbii dil ilə, həm də ironiya, parodiya və mizah vasitəsi ilə yazılırdı.
Bu jurnalın ən böyük məramı insan hüquqlarının qorunması idi. Jurnalda dövrün insan hüquqları məsələləri, din və siyasi bəhanələrlə həyata keçirilən zülm və ədalətsizliklər, sosial bərabərlik məsələsindəki çətinliklər, köklü islahatlar və dəyişikliklər və s. mövzulara işıq tutulurdu.
“Molla Nəsrəddin” jurnalı, dövrün ən aktual problemlərini, milli və sosial problemləri qələmə alması ilə, bəzi məsələləri təbii bir dildə işləməsi ilə dövrün insanlarının sevgi və rəğbətini qazanmışdır. Həm də jurnalın əksər nəşrləri vaxtilə dünya mətbuatında da nəşr edilmişdir.
“Molla Nəsrəddin” jurnalı Azərbaycanın milli mətbuatının ən gözəl nümunələrindən biri olduğu üçün bütün dünyada da tanınan çox qiymətli bir inci kimi qəbul edilir. Jurnalın karikaturaları onun fikri gücünü daha da artırırdı.
Qaranlıqdan sabaha
“Molla Nəsrəddin” in tədqiqinə hələ XX əsrin əvvəllərində başlanmışdır. Bu dövrdə F.Köçərli, N.Nərimanov, Ü.Hacıbəyov, H.Minasazov, R.Məlikov və digər müəlliflərin mətbuat səhifələrindəki məqalələrində və həmin dövrdən sonra, sovet hakimiyyətinin ilk onilliklərində Ə.Nəzmi, M.Ələkbərli, Ə.Şərif və başqalarının əsərlərində “Molla Nəsrəddin” jurnalı tədqiq olunmuşdur. Bu əsərlərin ən yaxşı nümunələrində “Molla Nəsrəddin”in ədəbi-tarixi aspektdə öyrənilməsi cəhdlərinə rast gəlirik. “Molla Nəsrəddin” jurnalının intensiv surətdə öyrənilməsi XX əsrin 30-cu illərindən sonrakı dövrə təsadüf edir. Jurnalın tədqiqat tarixini bir neçə dövrə ayırmaq olar. İlk dövr 1930-1940-ci illəri əhatə edir ki, bu dövrdəki tədqiqatlar, əsasən, siyasi-ideoloji xarakter daşıyır. Belə tədqiqatlardan Ə.Abidin “Molla Nəsrəddin” məcmuəsi və çar senzurası” (İnqilab və mədəniyyət, 1936, №4-5, s.29-32), Ə.Cəfərzadənin “Molla Nəsrəddin” jurnalı beynəlxalq irtica əleyhinə mübarizədə” (“İnqilab və mədəniyyət” jurnalı, 1951, №8, s. 137-144), N.Axundovun “Birinci rus inqilabı və “Molla Nəsrəddin” (Kirovabad Pedaqoji İnstitutunun Əsərləri, 1955, №2, s.15-54), “Molla Nəsrəddin” və Asiyanın oyanması” (Kirovabad Pedaqoji İnstitutunun Əsərləri, 1955, №3, s.73-102), N.Bağırovun “Molla Nəsrəddin” jurnalında fəhlə hərəkatı məsələləri” (ADU-nun Elmi Əsərləri, 1966, №4, s.32-40), M.Qasımovun “Birinci rus inqilabı və onun ideyalarının “Molla Nəsrəddin” jurnalında inikası” (EA-nın Tarix və Fəlsəfə İnstitutunun Əsərləri, 1955, X cild, s.266-300), “Molla Nəsrəddin” məcmuəsinin İran və Cənubi Azərbaycan inqilabi hərəkatına münasibəti” (ADU-nun Elmi Əsərləri 1969, 11-ci buraxılış, s.65-69), Ə.Məmmədovun “Molla Nəsrəddin” jurnalının dini mövhumatla mübarizəsi” (“Azərbaycan dili və ədəbiyyatın tədrisi” 1959, 1-ci buraxılış, s.15-28), Y.Ələkbərovun “Molla Nəsrəddin” jurnalında dövlət və hüquq məsələləri” (“Azərbaycan” jurnalı, 1961, №12, s.201-205), İ.Talıbzadənin “Molla Nəsrəddin” jurnalında Azərbaycan kəndi” (“Azərbaycan” jurnalı, 1966, №11, s.181-184).
Ə.Mirəhmədovun 1948-ci ildə yazdığı “Molla Nəsrəddin”in nəşri tarixindən” məqaləsi (Ədəbiyyat İnstitutunun Əsərləri, 1948, III cild, s.48-50) bu satirik mətbuat orqanının araşdırılmasında mühüm yer tutur. Bu illərdə “Molla Nəsrəddin” jurnalının tədqiq tarixinin öyrənilməsində Nazim Axundovun xidmətlərini xüsusi qeyd etmək olar. Onun “Molla Nəsrəddin” jurnalının tarixinə və nəşrinə dair bir sıra tədqiqat əsərləri mövcuddur ki, onlardan aşağıdakıları göstərmək olar: “Molla Nəsrəddin” jurnalının tarixinə dair tədqiqlər (Kirovabad Pedaqoji İnstitutunun Əsərləri. 1954, №1, s.3-37); “Molla Nəsrəddin” Azərbaycanda Sovet hakimiyyəti illərində” (“Azərbaycan” jurnalı, 1956, №4, s.138-146). 1959-cu ildə N.Axundov “Molla Nəsrəddin” jurnalının nəşri tarixi” tədqiqat işini kitab şəklində nəşr etdirmişdir. O, 1968-ci ildə Azərbaycan EA-nın nəşriyyatı tərəfindən çap olunmuş “Azərbaycan satira jurnalları (1906-1920-ci illər)” adlı sanballı monoqrafiyasında da “Molla Nəsrəddin” jurnalına geniş yer ayırmışdır.
Ayrı-ayrı şəxslərin “Molla Nəsrəddin” jurnalı ilə əlaqələri tədqiqatçıların diqqət mərkəzində olmuşdur. K.Talıbzadənin “M.S.Ordubadinin “Molla Nəsrəddin” jurnalında çap edilmiş əsərləri haqqında (1906-1907)” (Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Əsərləri, 1954, VI cild, s.93-101); Ə.Şərifin “Sabir və “Molla Nəsrəddin” (M.Ə.Sabir: Məqalələr məcmuəsi. Bakı, Azərnəşr, 1962, s.69-92); Q.Məmmədlinin “Molla Nəsrəddin” və Tukay” (“Azərbaycan” jurnalı, 1964, №2), H.Əfəndiyevin “Haqverdiyev və “Molla Nəsrəddin” (“Azərbaycan” jurnalı, 1964, №8, s.189-195), Ə.Ruhinin “Molla Nəsrəddin və “Toxmaq” jurnalı” (“Azərbaycan”, 1966, №12. s.136-139), Y.Şirvanın “Molla Nəsrəddin” və Ü.Hacıbəyov” (ADU-nun Əsərləri, 1966, №4, s.10-19), Ə.Məftunun “M.S.Ordubadi və “Molla Nəsrəddin” məcmuəsi” (ADU-nun Elmi Əsərləri, 1966, №4, s.41-55); İ.Bəktaşinin “Firidun bəy Köçərli və “Molla Nəsrəddin” (ADU-nun Elmi Əsərləri, 1968, №3, s.45-56); Ə.Mirəhmədovun “Abdulla Şaiqin mollanəsrəddinçilərlə ideya-yaradıcılıq əlaqəsi” (EA-nın Xəbərləri, 1971, №3-4, s.3-10); İ.Həbibbəylinin “Mübariz “Molla Nəsrəddin”çi: Əliquli Qəmküsar. (EA-nın Xəbərləri, 1981, №1. s.13-14); A.Rüstəmlinin “Görkəmli mollanəsrəddinçi” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1986, №1, s.50-54) və “Özgə imzalar: “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələrindən B.Abbaszadə haqqında” (“Azərbaycan” jurnalı, 1989, №9, s.176-180) və s. “Molla Nəsrəddin” jurnalının tədqiqinə həsr olunmuşdur.
Tədqiqatçılar “Molla Nəsrəddin” jurnalının Azərbaycan dilinin saflığı, təmizliyi uğrundakı mübarizəsi məsələlərindən də kənarda qalmamışlar. Azərbaycanın görkəmli dilçi alimləri öz elmi əsərlərində bu məsələyə geniş yer ayırmışlar. Belə yazılardan, əsasən, aşağıdakıları göstərmək olar: E.Əlibəyzadə “Molla Nəsrəddin” jurnalının birinci nömrəsində dil məsələsi” (Ədəbiyyat məcmuəsi, Ədəbiyyat və Dil İnstitutunun Əsərləri, Bakı, 1954, s.93-101), A.S.Cahangirov “Azərbaycan ədəbi dilinin təmizliyi uğrunda “Molla Nəsrəddin” jurnalının rolu haqqında: Bəzi qeydlər” (EA-nın Xəbərləri, 1956, №9, s.63-68), Q.Kazımov “Molla Nəsrəddin” jurnalının sovet dövrü felyetonlarının ictimai-siyasi leksikası və frazeologiyası” (ADU-nun Elmi Əsərləri, 1971, №6, s.69-79).
“Molla Nəsrəddin” jurnalının tədqiqatçıları onun rəsmlərini də tədqiqatlarından kənarda qoymamışlar. Belə tədqiqat əsərlərindən T.Həsənzadə “Molla Nəsrəddin”in karikaturaları (Bakı, Azərnəşr, 1966, 70 s.); H.İsrafilov, M.Nəcəfovun “Molla Nəsrəddin” jurnalının rəssamları” (“Azərbaycan” jurnalı, 1967, №5, s.114-123); İ.Ağayev “Molla Nəsrəddin” jurnalının mətnlərlə rəsmlərinin əlaqəsi” (ADU-nun Elmi Əsərləri, 1972, №2, s.48-54); M.Nəcəfov “Əzim Əzimzadə: həyat və yaradıcılığı” (Bakı, Azərnəşr, 1973, 208 s); “Molla Nəsrəddin” ədəbi məktəbi və satirik qrafika” (XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”. Bakı, “Elm”, 1989, 3-cü kitab, s.53-69); İ.Həbibbəyli “Alman rəssamları “Molla Nəsrəddin”də” (Fikir, 2001, №2, s.24-31); İ.Həbibbəyli “Mollanəsrəddinçi karikatura ustası Oskar Şmerlinq” (Naxçıvan, “Gəmiqaya”, 2002); B.Hacızadə “Azərbaycanın karikaturaçı rəssamları” (Bakı, “Çaşıoğlu”, 2005, 120 s.).
“Molla Nəsrəddin” jurnalındakı sənətkarlıq məsələlərinin öyrənilməsində İslam Ağayevin xüsusi xidmətləri vardır. Onun “Molla Nəsrəddin” jurnalında publisistika” (ADU-nun Elmi Əsərləri, 1974, №3-4, s.75-81), “Molla Nəsrəddin” jurnalında publisistikanın analitik janrları” (ADU-nun Elmi Əsərləri, 1977, №4, s.40-48), “Molla Nəsrəddin” jurnalında jurnalında şeir” (XX əsr Azərbaycan ədəbiyyatı məsələləri, Bakı, “Elm”, 1979, s.97-125), “Molla Nəsrəddin”in poetikası” (Bakı, “Elm”, 1985, 165 s.) kimi elmi tədqiqatları jurnalın sənətkarlıq məsələlərinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
“Molla Nəsrəddin” jurnalındakı yazılar gizli imzalarla dərc olunurdu. Həmin imzaların əsl müəlliflərini aşkarlamağın böyük əhəmiyyəti vardır. Bu sahədə Elmira Qasımovanın aşağıdakı məqalələrinin böyük əhəmiyyəti olmuşdur: “Cəlil Məmmədquluzadənin “Dəli” imzası haqqında” (EA-nın Xəbərləri, 1978, №3, s.28-31), “Cəlil Məmmədquluzadənin “Lağlağı” imzası haqqında” (Azərbaycan mətnşünaslığı məsələləri. Bakı, “Elm”, 1979, s.58-62), “Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında “Mozalan “imzası haqqında” (EA-nın Xəbərləri, 1980, №3, s.33-38), “İmzalar “Molla Nəsrəddin”(1906-1931)” (A.Əliyeva ilə birlikdə, Bakı, 2015, 196 s.), “Gizli imza və atribusiya” (Bakı, “Avropa”, 2017), “Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” . (Bakı, “Avropa”, 2019).
Ə.Mirəhmədov, Ə.Şərif, İ.Həbibbəyli, N.Axundov, İ.Ağayev, T.Həsənzadə, M.Qasımov, Q.Məmmədli, M.Məmmədov, E.Qasımova, İ.Cəfərli, R.Qasımov, G.Babayeva, S.Vahabova “Molla Nəsrəddin” jurnalının əsas tədqiqatçılarındandır.
Akademik İ.Həbibbəylinin “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası, habelə “Molla Nəsrəddin” ədəbi məktəbi və mollanəsrəddinçilik”, “Molla Nəsrəddin” və füyuzatçılar”, “Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilik” məqalələri Azərbaycan mollanəsrəddinşünaslığının qiymətli elmi səhifələridir. Azərbaycan ictimai-sosial həyatının elə bir sahəsi yoxdur ki, “Molla Nəsrəddin” jurnalı onunla əlaqədar olaraq tədqiq edilib öyrənilməsin.
“Molla Nəsrəddin”in tədqiqinə hələ XX əsrin əvvəllərində başlanmışdır. Bu dövrdə F.Köçərli, N.Nərimanov, Ü.Hacıbəyov, H.Minasazov, R.Məlikov və digər müəlliflərin mətbuat səhifələrindəki məqalələrində və həmin dövrdən sonra, sovet hakimiyyətinin ilk onilliklərində Ə.Nəzmi, M.Ələkbərli, Ə.Şərif və başqalarının əsərlərində “Molla Nəsrəddin” jurnalı tədqiq olunmuşdur. Bu əsərlərin ən yaxşı nümunələrində “Molla Nəsrəddin”in ədəbi-tarixi aspektdə öyrənilməsi cəhdlərinə rast gəlirik. “Molla Nəsrəddin” jurnalının intensiv surətdə öyrənilməsi XX əsrin 30-cu illərindən sonrakı dövrə təsadüf edir. Jurnalın tədqiqat tarixini bir neçə dövrə ayırmaq olar. İlk dövr 1930-1940-ci illəri əhatə edir ki, bu dövrdəki tədqiqatlar, əsasən, siyasi-ideoloji xarakter daşıyır. Belə tədqiqatlardan Ə.Abidin “Molla Nəsrəddin” məcmuəsi və çar senzurası” (İnqilab və mədəniyyət, 1936, №4-5, s.29-32), Ə.Cəfərzadənin “Molla Nəsrəddin” jurnalı beynəlxalq irtica əleyhinə mübarizədə” (“İnqilab və mədəniyyət” jurnalı, 1951, №8, s. 137-144), N.Axundovun “Birinci rus inqilabı və “Molla Nəsrəddin” (Kirovabad Pedaqoji İnstitutunun Əsərləri, 1955, №2, s.15-54), “Molla Nəsrəddin” və Asiyanın oyanması” (Kirovabad Pedaqoji İnstitutunun Əsərləri, 1955, №3, s.73-102), N.Bağırovun “Molla Nəsrəddin” jurnalında fəhlə hərəkatı məsələləri” (ADU-nun Elmi Əsərləri, 1966, №4, s.32-40), M.Qasımovun “Birinci rus inqilabı və onun ideyalarının “Molla Nəsrəddin” jurnalında inikası” (EA-nın Tarix və Fəlsəfə İnstitutunun Əsərləri, 1955, X cild, s.266-300), “Molla Nəsrəddin” məcmuəsinin İran və Cənubi Azərbaycan inqilabi hərəkatına münasibəti” (ADU-nun Elmi Əsərləri 1969, 11-ci buraxılış, s.65-69), Ə.Məmmədovun “Molla Nəsrəddin” jurnalının dini mövhumatla mübarizəsi” (“Azərbaycan dili və ədəbiyyatın tədrisi” 1959, 1-ci buraxılış, s.15-28), Y.Ələkbərovun “Molla Nəsrəddin” jurnalında dövlət və hüquq məsələləri” (“Azərbaycan” jurnalı, 1961, №12, s.201-205), İ.Talıbzadənin “Molla Nəsrəddin” jurnalında Azərbaycan kəndi” (“Azərbaycan” jurnalı, 1966, №11, s.181-184).
Ə.Mirəhmədovun 1948-ci ildə yazdığı “Molla Nəsrəddin”in nəşri tarixindən” məqaləsi (Ədəbiyyat İnstitutunun Əsərləri, 1948, III cild, s.48-50) bu satirik mətbuat orqanının araşdırılmasında mühüm yer tutur. Bu illərdə “Molla Nəsrəddin” jurnalının tədqiq tarixinin öyrənilməsində Nazim Axundovun xidmətlərini xüsusi qeyd etmək olar. Onun “Molla Nəsrəddin” jurnalının tarixinə və nəşrinə dair bir sıra tədqiqat əsərləri mövcuddur ki, onlardan aşağıdakıları göstərmək olar: “Molla Nəsrəddin” jurnalının tarixinə dair tədqiqlər (Kirovabad Pedaqoji İnstitutunun Əsərləri. 1954, №1, s.3-37); “Molla Nəsrəddin” Azərbaycanda Sovet hakimiyyəti illərində” (“Azərbaycan” jurnalı, 1956, №4, s.138-146). 1959-cu ildə N.Axundov “Molla Nəsrəddin” jurnalının nəşri tarixi” tədqiqat işini kitab şəklində nəşr etdirmişdir. O, 1968-ci ildə Azərbaycan EA-nın nəşriyyatı tərəfindən çap olunmuş “Azərbaycan satira jurnalları (1906-1920-ci illər)” adlı sanballı monoqrafiyasında da “Molla Nəsrəddin” jurnalına geniş yer ayırmışdır.
Ayrı-ayrı şəxslərin “Molla Nəsrəddin” jurnalı ilə əlaqələri tədqiqatçıların diqqət mərkəzində olmuşdur. K.Talıbzadənin “M.S.Ordubadinin “Molla Nəsrəddin” jurnalında çap edilmiş əsərləri haqqında (1906-1907)” (Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Əsərləri, 1954, VI cild, s.93-101); Ə.Şərifin “Sabir və “Molla Nəsrəddin” (M.Ə.Sabir: Məqalələr məcmuəsi. Bakı, Azərnəşr, 1962, s.69-92); Q.Məmmədlinin “Molla Nəsrəddin” və Tukay” (“Azərbaycan” jurnalı, 1964, №2), H.Əfəndiyevin “Haqverdiyev və “Molla Nəsrəddin” (“Azərbaycan” jurnalı, 1964, №8, s.189-195), Ə.Ruhinin “Molla Nəsrəddin və “Toxmaq” jurnalı” (“Azərbaycan”, 1966, №12. s.136-139), Y.Şirvanın “Molla Nəsrəddin” və Ü.Hacıbəyov” (ADU-nun Əsərləri, 1966, №4, s.10-19), Ə.Məftunun “M.S.Ordubadi və “Molla Nəsrəddin” məcmuəsi” (ADU-nun Elmi Əsərləri, 1966, №4, s.41-55); İ.Bəktaşinin “Firidun bəy Köçərli və “Molla Nəsrəddin” (ADU-nun Elmi Əsərləri, 1968, №3, s.45-56); Ə.Mirəhmədovun “Abdulla Şaiqin mollanəsrəddinçilərlə ideya-yaradıcılıq əlaqəsi” (EA-nın Xəbərləri, 1971, №3-4, s.3-10); İ.Həbibbəylinin “Mübariz “Molla Nəsrəddin”çi: Əliquli Qəmküsar. (EA-nın Xəbərləri, 1981, №1. s.13-14); A.Rüstəmlinin “Görkəmli mollanəsrəddinçi” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1986, №1, s.50-54) və “Özgə imzalar: “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələrindən B.Abbaszadə haqqında” (“Azərbaycan” jurnalı, 1989, №9, s.176-180) və s. “Molla Nəsrəddin” jurnalının tədqiqinə həsr olunmuşdur
Tədqiqatçılar “Molla Nəsrəddin” jurnalının Azərbaycan dilinin saflığı, təmizliyi uğrundakı mübarizəsi məsələlərindən də kənarda qalmamışlar. Azərbaycanın görkəmli dilçi alimləri öz elmi əsərlərində bu məsələyə geniş yer ayırmışlar. Belə yazılardan, əsasən, aşağıdakıları göstərmək olar: E.Əlibəyzadə “Molla Nəsrəddin” jurnalının birinci nömrəsində dil məsələsi” (Ədəbiyyat məcmuəsi, Ədəbiyyat və Dil İnstitutunun Əsərləri, Bakı, 1954, s.93-101), A.S.Cahangirov “Azərbaycan ədəbi dilinin təmizliyi uğrunda “Molla Nəsrəddin” jurnalının rolu haqqında: Bəzi qeydlər” (EA-nın Xəbərləri, 1956, №9, s.63-68), Q.Kazımov “Molla Nəsrəddin” jurnalının sovet dövrü felyetonlarının ictimai-siyasi leksikası və frazeologiyası” (ADU-nun Elmi Əsərləri, 1971, №6, s.69-79).
“Molla Nəsrəddin” jurnalının tədqiqatçıları onun rəsmlərini də tədqiqatlarından kənarda qoymamışlar. Belə tədqiqat əsərlərindən T.Həsənzadə “Molla Nəsrəddin”in karikaturaları (Bakı, Azərnəşr, 1966, 70 s.); H.İsrafilov, M.Nəcəfovun “Molla Nəsrəddin” jurnalının rəssamları” (“Azərbaycan” jurnalı, 1967, №5, s.114-123); İ.Ağayev “Molla Nəsrəddin” jurnalının mətnlərlə rəsmlərinin əlaqəsi” (ADU-nun Elmi Əsərləri, 1972, №2, s.48-54); M.Nəcəfov “Əzim Əzimzadə: həyat və yaradıcılığı” (Bakı, Azərnəşr, 1973, 208 s); “Molla Nəsrəddin” ədəbi məktəbi və satirik qrafika” (XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”. Bakı, “Elm”, 1989, 3-cü kitab, s.53-69); İ.Həbibbəyli “Alman rəssamları “Molla Nəsrəddin”də” (Fikir, 2001, №2, s.24-31); İ.Həbibbəyli “Mollanəsrəddinçi karikatura ustası Oskar Şmerlinq” (Naxçıvan, “Gəmiqaya”, 2002); B.Hacızadə “Azərbaycanın karikaturaçı rəssamları” (Bakı, “Çaşıoğlu”, 2005, 120 s.).
“Molla Nəsrəddin” jurnalındakı sənətkarlıq məsələlərinin öyrənilməsində İslam Ağayevin xüsusi xidmətləri vardır. Onun “Molla Nəsrəddin” jurnalında publisistika” (ADU-nun Elmi Əsərləri, 1974, №3-4, s.75-81), “Molla Nəsrəddin” jurnalında publisistikanın analitik janrları” (ADU-nun Elmi Əsərləri, 1977, №4, s.40-48), “Molla Nəsrəddin” jurnalında jurnalında şeir” (XX əsr Azərbaycan ədəbiyyatı məsələləri, Bakı, “Elm”, 1979, s.97-125), “Molla Nəsrəddin”in poetikası” (Bakı, “Elm”, 1985, 165 s.) kimi elmi tədqiqatları jurnalın sənətkarlıq məsələlərinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
“Molla Nəsrəddin” jurnalındakı yazılar gizli imzalarla dərc olunurdu. Həmin imzaların əsl müəlliflərini aşkarlamağın böyük əhəmiyyəti vardır. Bu sahədə Elmira Qasımovanın aşağıdakı məqalələrinin böyük əhəmiyyəti olmuşdur: “Cəlil Məmmədquluzadənin “Dəli” imzası haqqında” (EA-nın Xəbərləri, 1978, №3, s.28-31), “Cəlil Məmmədquluzadənin “Lağlağı” imzası haqqında” (Azərbaycan mətnşünaslığı məsələləri. Bakı, “Elm”, 1979, s.58-62), “Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında “Mozalan “imzası haqqında” (EA-nın Xəbərləri, 1980, №3, s.33-38), “İmzalar “Molla Nəsrəddin”(1906-1931)” (A.Əliyeva ilə birlikdə, Bakı, 2015, 196 s.), “Gizli imza və atribusiya” (Bakı, “Avropa”, 2017), “Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” . (Bakı, “Avropa”, 2019).
Ə.Mirəhmədov, Ə.Şərif, İ.Həbibbəyli, N.Axundov, İ.Ağayev, T.Həsənzadə, M.Qasımov, Q.Məmmədli, M.Məmmədov, E.Qasımova, İ.Cəfərli, R.Qasımov, G.Babayeva, S.Vahabova “Molla Nəsrəddin” jurnalının əsas tədqiqatçılarındandır.
Akademik İ.Həbibbəylinin “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası, habelə “Molla Nəsrəddin” ədəbi məktəbi və mollanəsrəddinçilik”, “Molla Nəsrəddin” və füyuzatçılar”, “Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilik” məqalələri Azərbaycan mollanəsrəddinşünaslığının qiymətli elmi səhifələridir. Azərbaycan ictimai-sosial həyatının elə bir sahəsi yoxdur ki, “Molla Nəsrəddin” jurnalı onunla əlaqədar olaraq tədqiq edilib öyrənilməsin.
“Molla Nəsrəddin” jurnalında ana dilinin tərənnümü
Bizim milli varlığımızı mədəni təməllərə bağlayan, Azərbaycançılığın ən vacib atributu olan dilimizdir. Hər şey dildən başlayır. Xalqın dilini onun çoxəsrlik həyatının güzgüsü, nəsillər arasında ötürücü əlaqə, yaddaş vasitəsi, xalqın tam və həqiqi tarixidir. Dil xalqın mahiyyəti deməkdir. Əgər o yox olarsa, xalq da yer üzündən silinər. Ona görə də, bu doğma dilimizin yad təsirlərdən qorunması, inkişaf etməsi və yüksək səviyyə qaldırılması uğrunda mübarizədə Azərbaycan ziyalısı həmişə öz mövqeyini ortaya qoyub. Ana dilinin saflığı və inkişaf etdirilməsi uğrunda mübarizə ideyası mollanəsrəddinçilərin Azərbaycançılıq ideyasının əsas tərkib hissələrindən biri idi. Bu cəhətdən Azərbaycan milli ictimai fikir tarixində mühüm yeniliklər həyata keçirən “Molla Nəsrəddin” jurnalı həm də milli ədəbi dil kimi Azərbaycan dilinin kütləviləşməsi və inkişafına misilsiz xidmət göstərmişdir. Bu baxımdan XIX əsrin ikinci yarısında ana dilimizin saflığı uğrunda M.F.Axundzadə və H.B.Zərdabi tərəfindən aparılan mübarizəni XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və naşiri olduğu “Molla Nəsrəddin” jurnalı davam etdirmişdir. “Molla Nəsrəddin” jurnalının yaratdığı “Molla Nəsrddin” məktəbi və ədəbi cəbhəsinə çevrildiyi Azərbaycan tənqidi realistləri “türkün açıq ana dilində” yazmaq və danışmaq ənənəsini formalaşdırmaqla XX əsr Azərbaycan ədəbi dilinin inkişafına vəsilə oldular. Bu baxımdan dosent Ramiz Qasımov haqlı olaraq yazır ki, XX əsrdə Azərbaycan ədəbi dilinin formalaşması və inkişafında tənqidi realistlərin mühüm rolu olmuşdur. “…xalqın ən sadəsini, sadə avam xalq kütlələrindən başlamış, bütün geniş kütlələri vahid milli amal, məqsəd naminə oyatmaq, vəzifələrini başa salmaq üçün onların anlaya biləcəyi dildən danışmaq da konkret yaradıcılıq tərzi olaraq ortaya çıxdı və ənənəyə çevrildi”. Bu baxımdan qüdrətli söz ustadı Cəlil Məmmədquluzadənin, redaktoru olduğu “Molla Nəsrəddin” jurnalı və ümumən mollanəsrəddinçilərin xalqın səadəti, azadlığı və tərəqqisi naminə apardıqları mücadilənin əsasını ana dilinin saflığı, təmizliyi uğrunda mübarizə təşkil etmişdir. ”Molla Nəsrəddin” satirik jurnalında fəaliyyət göstərən ədəbi qüvvələr millətin oyanışına xidməti ön plana çəkirdilər, çünki Azərbaycanın milli oyanışı milli ideya uğrunda mübarizə hərəkatının çox mühüm tərkib hissəsidir. Klassik bədii və publisistk söz sənətimizdə bu cəhətin dərindən dərk edildiyi daha çox duyulmaqdadır”. Mollanəsrəddinçilərin hamısı Azərbaycan ədəbiyyatına istiqlal düşüncəsi gətirən Cəlil Məmmədquluzadənin ideyasından çıxış edirdilər.
Azərbaycanın görkəmli maarifçiləri M.F.Axundov, H.B.Zərdabi, M.Ə.Sabir, F.Köçərli, R.Əfəndiyev, N.Nərimanov, M.T.Sidqi, C.Məmmədquluzadə, M.Mahmudbəyov, Ü.Hacıbəyov və başqaları bütün fəaliyyətləri boyu məktəblərdə ana dillinin tədris edilməsi və ana dilli məktəblərin açılması uğrunda mübarizə aparmışlar. Onlar xalq maarifi uğrundakı mübarizəni, xalqı maarifləndirməyin ən güclü silahı olan ana dilinin saflığı və inkişafı uğrundakı mübarizə ilə əlaqələndirirdilər.
Azərbaycan maarifçilərinin ana dilində məktəb açmaq fikirlərini C.Məmmədquluzadə ürəkdən bəyənmiş və “Molla Nəsrəddin” jurnalını da ana dilində nəşr etmişdi. C.Məmmədquluzadə ömrünün axırına kimi ana dilinin saflığı, təmizliyi uğrunda mübarizə aparmış, onu hər cür yad təsirlərdən qorumağa çalışmışdır. Sənətkarın ədəbi-bədii yaradıcılığında ədəbi dilin saflığına göstərdiyi sayıq münasibət publisistik əsərlərində danışıq dilinə də ünvanlanırdı. Onun naşiri olduğu “Molla Nəsrəddin” jurnalında çap olunan “Dil”, “Əlifba”, “Dərs kitablarımız”, “Ana dili” və bu qəbildən olan bir sıra məqalələri məhz ana dili probleminə həsr olunmuşdur.
“Molla Nəsrəddin” jurnalında millətə milli mənlik şüuru aşılamaq, mənəvi dirilik dərsi keçmək üçün təlimin ana dilində aparılması ideyası geniş surətdə təbliğ edilir, ana dilinin tədrisi bütün təlim işinin mərkəzinə qoyulurdu. “Molla Nəsrəddin” jurnalı ilk nömrədən başlayaraq sonuncu nömrəyə kimi ana dilində yazdı.
Heç də təsadüfü deyil ki, birinci nömrəsini “…ey mənim türk (azərbaycanlı) qardaşlarım mən ki, siz ilə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eybdir və şəxsin elmimin azlığına dəlalət edir. Amma hərdən bir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi… hərdən bir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var! – sözləri ilə başlayan “Molla Nəsrəddin” jurnalı son nömrəyə kimi öz sözünə sadiq qaldı, ana dilinə ehtiram göstərdi və onun fəal təbliğatçısına çevrildi. Jurnalın ilk nömrəsində dərc edilmiş “məcmuəmizə müştəri olanlara nəsihət”də əks mənada başa düşüləcək beş nəsihət verilirdi. Həmin “Nəsihət”də göstərilirdi ki, “məktubları elə bir dildə yazın ki, bir dənə türk kəlməsi olmasın. Türkcə yazmaq eybdir”.
“Molla Nəsrəddin” jurnalı Azərbaycan dilinin varlığı, yaşaması və tərəqqisi üçün ən mühüm vasitəni xalqın siyasi hüquqa malik olmasını, onun rəsmi dövlət dili olması hesab edirdi. Çarizm zamanı qeyri rus millətlərinin, o cümlədən, Azərbaycan xalqının da heç bir siyasi hüququ yox idi. Jurnal hüquq bərabərsizliyinə qarşı mübarizə aparırdı. “Molla Nəsrəddin” jurnalı Azərbaycan məktəblərində ana dilinin tədris edilməsini hərarətlə təbliğ etmiş və onun böyük carçısı olmuşdur. Ona görə də jurnalın apardığı mübarizə xalqını sevən, onun gələcəyini düşünən insanlar tərəfindən alqışlanırdı. “Molla Nəsrəddin” jurnalının ortaya atdığı hər bir ideya maarifçilər, maarifpərvərlər, məktəbdarlar tərəfindən dəstəklənir, elmi mübahisələr genişlənirdi. Jurnal öz fikrini açıq yazaraq, xalqı başa salırdı ki, ana dilini unutmaq olmaz, uşaqlarınızı ana dilində oxutdurun, ana dilində məktəblərin açılmasına kömək edin. “Ax, necə arzu edərdim ki, mən də sahibixtiyar olub, ürəyimin dərdlərini meydana qoyub intişar edə biləm” – deyən böyük maarifçi C.Məmmədquluzadənin arzu etdiyi bu fikirlər Azərbaycanın mütərəqqi fikirli adamlarının hamısını düşündürən ideyalar idi.
“Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqına axıra qədər sadiq qaldı, onun özü qədər qədim mədəniyyətinə və dilinə hörmət bəslədi. Ana dilinin əhəmiyyəti və məktəblərdə onun tədrisinin jurnal səhifələrində ardıcıl olaraq irəli sürülməsi Azərbaycan pedaqoji fikrinin inkişafına müsbət təsir edirdi. Bu, mütərəqqi ziyalıları ruhlandırır və onlara yeni qüvvə verirdi. “Molla Nəsrəddin” jurnalının irəli sürdüyü bu məsələləri demokratik qüvvələr alqışladılar və ona kömək etdilər. “Dəbistan”, “Rəhbər”, “Qoç-Dəvət” və başqa jurnal və qəzetlər “Molla Nəsrəddin” jurnalının səsinə səs verdilər, onlar da ana dilinin tədrisi və ana dilində məktəblərin açılması ideyasını müdafiə etməyə başladılar. “Molla Nəsrəddin” jurnalının ana dilində oxumaq, ana dilində məktəblər açmaq fikrinə mürtəce qüvvələr əks çıxır, jurnalının irəli sürdüyü yeniliklərə mənfi münasibət bəsləyirdilər. Bu mürtəce qüvvələr getdikcə artırdı. Bu, elə bir dövr idi ki, ictimai hüququndan məhrum edilmiş, hüququ tapdalanmış, siyasi şüuru zəif olan milyonlarla savadsız adamları oyatmaq lazım idi. Bu sahədə aparılan mübarizədən jurnal qorxmur və çəkinmirdi, çünki o, xalqla bağlı idi, bu mübarizədə o, xalqa arxalanırdı. Jurnalın yazdığı kimi “Molla Nəsrəddin”i təbiət özü yaratmışdı, zəmanə özü yaratmışdı. “Cəlil Məmmədquluzadə bütün ömrü boyu xalqla bağlı olmuş iti yazıçı nəzərlərini xalqın həyatına dikib, onu ən incə psixoloji təzahürlərinə qədər öyrənmiş və əks etdirmişdir”.
Azərbaycan maarifpərvərləri ana dilində məktəb açmaq, dərs kitabları, proqramlar və s. yaratmaq üçün çalışarkən bu işin həyata keçməsinə mane olanlarla da mübarizə aparmalı olurdular. Sözdə ana dilində danışmağı istəyən, lakin həqiqətdə ana dilini bilməyən, ona hörmət etməyən insanların ikiüzlülüyünü “Molla Nəsrəddin” jurnalı ifşa edirdi. Jurnal “Meymunlar” adlı felyetonunda belə insanları tənqid edərək yazırdı: “hürriyyət və hüquq davası düşəndən indiyədək heç bir müsəlman məclisi olmayıb ki, orda bir obrazovannı müsəlman ayağa durub desin: “hökumət qoymayır məktəblərdə ana dilimizi öyrənəm!”. Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək. Tutaq ki, bunu hökumət qoymur. Bəs ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?”
Mollanəsrəddinçilər Azərbaycan dilini bəyənməyən, ana dilinə laqeyd yanaşan, bütün hərəkətlərində, praktik işlərində onun qiymətini alçaldan adamlara qarşı amansız olmuş və onu jurnal səhifələrində ciddi şəkildə tənqid etmişlər. Mollanəsrəddinçilər dilimizi yabancı sözlərlə korlamağa çalışan, bəzi “təhsillilər”ə qarşı çox amansız olmuş və onların nöqsanlarını çəkinmədən tənqid etmişlər. Jurnala görə, belə ziyalılar ana dilimizi yabançı sözlərlə korlayır və ümumxalq mövqeyindən uzaqlaşdırırdılar.
C.Məmmədquluzadə xatirələrində yazırdı: “Necə ki, oxucularımıza məlumdur ki, biz “Molla Nəsrəddin” məcmuəsini açıq ana dilində yazmağa başladıq. Biz bu dilə o səbəbdən ana dili ad qoyuruq ki, bu dildə yazı yazanda və ortalığa “ana” söhbəti gələndə biz “ana”nı, “ana” da yazırıq, amma qeyri yazıçılarımız, xah o vədə və xah indi yazılarında “ana” ləfzi rast gələndə “ana” sözü əvəzinə “madər” yazırlar və həmçinin “ata” sözü əvəzinə “pədər” yazırlar.
“Molla Nəsrəddin” jurnalının səhifələrində ana dilinin saflığı uğrunda mübarizəyə dair çoxlu felyetonlara, şerlərə, son xəbərlərə, hekayələrə, Qafqaz xəbərlərinə, maraqlı şəkillərə və karikaturalara rast gəlmək olar. Bunlardan “Dili tutulub”, “Dil”, “Ana dili”, “Meymunlar”, “Bizim obrazovannılar”, “Əvvəlinci məktub”, “İkinci məktub”, “Misyonerlər” və s. göstərmək olar. “Molla Nəsrəddin” jurnalı “Ana dili” adlı məqaləsində dilimizi hörmətdən salan, onu yabancı sözlərlə korlayan ziyalıları kəskin şəkildə tənqid edirdi.
O dövrdə xalqın sürətlə savadlanması, ana dilinin inkişafı üçün ərəb əlifbasından yeni əlifba ilə əvəz olunması çox vacib, həlli təxirə salınmaz məsələlərdən biri kimi dəyərləndirilirdi. Bu məsələni böyük ictimai, pedaqoji, metodik əhəmiyyətini dərindən başa düşən C.Məmmədquluzadə onun həyata keçirilməsi uğrunda ciddi səy göstərirdi. O, M.F.Axundovun bu yolda göstərdiyi səy və təşəbbüsü yüksək qiymətləndirir və onun fikrinə ürəkdən şərik çıxırdı. Ərəb əlifbasının nöqsanlarını ətraflı şərh edən böyük demokrat yazıçı belə nəticəyə gəlirdi: “Mən elə qanıram ki, nə qədər ərəb əlifbası ilə yazı-pozu edilir, mətbuat tərəqqi tapmayacaq, dil hörmətdən düşəcək, mili ədəbiyyat puç olacaq. O millət qeyri bir güclü millətə qarışıb yox olacaqdır”.
C.Məmmədquluzadənin “Əlifba” və digər məqalə və felyetonlarında ərəb əlifbasının çatışmazlıqlarından ətraflı bəhs etmişdir.
“Molla Nəsrəddin” jurnalı Azərbaycan dilini təbliğ etməklə kifayətlənmir, bu dilin gözəlliyini, böyüklüyünü, əzəmətini tərənnüm edir, bu dildə yazmaqdan fəxr edirdi. Jurnal yazırdı ki, Azərbaycanın görkəmli oğulları olan Abbasqulu ağa Bakıxanov, M.F.Axundov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi öz əsərlərini, nəsihətnamələrini, dram əsərlərini Azərbaycan dilində yazmışdır, onlar doğma Azərbaycan dilini sevmişlər, onun təmizliyini, səlistliyini, gözəlliyini müdafiə etmişlər, onlar arzu etmişlər ki, uşaqlarımız ana dilində dərs oxusunlar. Beləliklə, jurnal dövrünün yazıçı və ədiblərini öz əsərlərini ana dilində yazmağa çağırırdı. “…Sair millətlərin həqiqi ədibləri və yazıçıları yaxşı anlayıblar və əsərlərini ana dilində yazmaqla belə millətin əxlaqını düzəldib, ağlına və ruhuna tərbiyə veriblər və verməkdədirlər”.
Beləliklə, jurnal ana dilini qorumaqla mübarizəni təkcə özü yox, Azərbaycan xalqının yazıçılarını da mübarizəyə çağırır, onlardan kömək istəyirdi. “Molla Nəsrəddin” jurnalı “Ana dili” adlı məqaləsini bu sözlərlə qurtarır: “Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edirik ki, dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini açıq və sadə dildə yazsınlar, ta ki, xalq onların yazdıqlarını oxuyub anlasın, düşünsün və ayılsın. Ancaq bu yolla yazan ilə oxuyan arasında dostluq, ittifaq və birlik əmələ gəlir”. Mədəniyyətin tərəqqisi, onun ana dilinin inkişaf etməsindən çox asılıdır. Bunsuz milli mədəniyyət yaratmaq olmaz.
C.Məmmədquluzadə “rus-tatar” (Azərbaycan) məktəblərində ana dilinin tədrisinin və öyrənilməsinin o qədər də yaxşı olmadığını göstərirdi. O, “Tərcümeyi-halın”, “Dili tutulub” və başqa məqalə və felyetonlarda bu məsələdən geniş bəhs etmişdir. “Tərcümeyi-halın” adlı məqalədə yazırdı ki, o vaxtlar hökumət təsis etdiyi məktəblərin proqrammasında xala-xatırın qalmasın, babətindən həftədə bir neçə saat türk (Azərbaycan) dili verirdi. Qalan dərslər rus dilində gedirdi. Bu fikri o, “Dili tutulub” adlı məqaləsində daha kəskin şəkildə irəli sürürdü. Orada ana dilinin başdan soyudma bir neçə saat öyrədilməsini insanın ölümü kimi qiymətləndirirdi.
“Bakıdan məktub” felyetonunda oxuyuruq: “Biz pervı russki-tatarski şkolanın posledniy klassının uçenikləri qospodin Molla Nəsrəddinnən prasit edirik ki, bizim bu jalobamızı öz jurnalında napeçat eləsin”. “Molla Nəsrəddin” jurnalı bununla qeyd edirdi ki, müəllimlər hər iki dili yaxşı bilmədikləri üçün nəinki özlərini, həm də dərs verdikləri şagirdləri korlayırlar.
Ana dilinə xor baxan, onu qiymətləndirməyən, ana dilində danışmağı özünə əksiklik hesab edən, Avropada təhsil almış, zahirən bilikli, ziyalı görünən, lakin son dərəcə mürtəce fikirlərlə yaşayan, ana dilinin tədris edilməsinə əhəmiyyət verməyən və xalqın öz dilində, öz məktəbində savadlandırılmasında mühafizəkarlığın müdafiə edənlər “Molla Nəsrəddin” jurnalı səhifələrində şiddətli tənqid atəşinə tutulur, jurnal belə adamlara acıyır, ona gülürdü. “Mənim bir rəfiqəm var, özü də müsəlman, amma məni görəndə rus dilindən başqa savayı özgə dildə danışmaz”.
– Nə səbəbə sən mənim ilə heç müsəlmanca danışmaq istəmirsən? Yoldaşım mənə cavab verir:
– Sluşay, kak-to stıdno, koqda obrazovannıy çelovek po-tatarski qovorit… / yəni brazovan müsəlmanca danışmağı eyibdir!
– Çox sağ ol, rəfiqəm, mən bunu bilmirdim! Yaxud da “Ana dili” felyetonunda ali təhsil almış azərbaycanlıların Azərbaycan dilində danışmadıqlarını tənqid edərək yazırdı ki, ali təhsil almış bir cavan məktəbi qurtarıb evinə gəlir. Bununla görüşə gələn molla əvvəl ərəbcə, sonra farsca onunla söhbət edir. Ali təhsilli anlamır, oğlan rus dilində danışır, bu zaman molla heç bir şey anlamır. Nəhayət onlar bir-birlərini anlamayaraq ayrılırlar. Bu söhbətə qulaq asan ana otağa gəlib oğluna deyir ki, mən başa düşmədim, siz nə dildə danışırsınız. Oğlan cavab verir: “Ana, mollaynan biz ana dili danışırıq…” Anası deyir: “Yazıq ana dili”. Beləliklə, 3 nəfər azərbaycanlı bir-birini başa düşmədən ayrılırlar.
Doğma ana dilinin saflığı və mühafizəsi C.Məmmədquluzadənin “Ananın kitabı” əsərində inandırıcılıqla əsaslandırılmışdır. Akademik İsa Həbibbəyli əsər haqqında yazır: “Anamın kitabı” əsəri müəllifin milli istiqlal, dövlətçilik, müstəqillik ideallarını özündə əks etdirən çox qiymətli məxəzdir”.
Bütün bunlar həm də çarizmin müstəmləkə siyasəti ilə əlaqədar idi, ucqar xalqların dilinə, mədəniyyətinə qiymət verməməkdən irəli gəlirdi. “Molla Nəsrəddin” jurnalında bir şəkil təsvir edilir, məktəb müəllimi əlində yekə bir dil tutub uşaqların qarşısında dayanmışdır. Uşaqlar da öz dillərini çıxarıb müəllimə göstərirlər:
– Şagirdlər: “Ay Mirzə, bizim də dilimiz var, sən, Allah, qoy onu da biz öyrənək”.
– Müəllim: “Yox, olmaz. Gərək bunu soxam boğazınıza”. “Molla Nəsrəddin” jurnalının ana dili sahəsində tutduğu mövqe çox mütərəqqi və düzgün olmuşdur, ona görə də böyük xalq kütləsi onu sevə-sevə oxuyurdu. “Molla Nəsrəddin” jurnalında Qafqaz Şeyxül-islamına iki açıq məktub dərc edilmişdi. İstər birinci və istərsə də ikinci məktubda yazılır: nə üçün erməni, gürcü, rus qızları məktəblərdə başqa dərslərdən əlavə ana dilini oxuyurlar, amma Azərbaycan qızları isə öz ana dillərini oxumurlar. “Molla Nəsrəddin” jurnalının dil sahəsindəki siyasəti ardıcıl idi. Öz fəaliyyətinin 25 ili ərzində bu sahədə də demokratik cəbhə tutmuş və nəhayət qələbə çalmışdır.
Beləliklə, Cəlil Məmmədquluzadə və onun silahdaşlarının ana dilinin saflığı uğrundakı mübarizəsinə xidmət edən əsərləri ədəbiyyatımız üçün əsl milli özünüdərk kitabı, istiqlal, oyanış və maarif dərsliyidir.
“Molla Nəsrəddin” jurnalı təkcə bir mətbuat orqanı deyil, həm də bir dövrün düşüncə aynası, milli oyanışın və maarifçilik ideyalarının güclü tribunasına çevrilmişdir. Onun səhifələrində səslənən fikir və çağırışlar xalqın ictimai şüurunun formalaşmasına, azad düşüncənin inkişafına və milli-mənəvi dəyərlərin qorunmasına mühüm töhfə vermişdir.
Bu gün jurnalın 120 illik yubileyini qeyd edərkən bir daha anlayırıq ki, “Molla Nəsrəddin” in irsi yalnız keçmişə aid deyil — o, müasir dövr üçün də aktuallığını qoruyan böyük bir məktəbdir. Jurnalın əsas məqsədi olan həqiqəti demək, cəmiyyəti düşündürmək və insanları elmə, maarifə səsləmək ideyaları bu gün də öz əhəmiyyətini itirmir.
Gənc nəslin “Molla Nəsrəddin” irsini öyrənməsi, jurnalın satirik dili və maarifçi ruhu ilə yaxından tanış olması milli mətbuat tariximizin dərindən mənimsənilməsi baxımından xüsusi önəm daşıyır. Çünki bu jurnal Azərbaycan ictimai fikir tarixində azad sözün, milli özünüdərkin və tərəqqi ideallarının rəmzinə çevrilmişdir.
“Molla Nəsrəddin”in yandırdığı maarif işığı bir əsrdən artıqdır ki, yol göstərməkdə davam edir və inanırıq ki, bu işıq gələcək nəsillərin düşüncəsində də daim yaşayacaqdır.
AYNUR TURAN
Gundelik.az
