Azərbaycanın tanınmış aktyoru, xalq artisti Rasim Balayev dünyasını dəyişib.
Bu barədə Gundelik.az-a onun yaxınları məlumat veriblər.
Qeyd olunur ki, aktyor Türkiyədə müalicə olunduğu müddətdə vəfat edib.
Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə anadan olub və uzun illər Azərbaycan teatr səhnəsində və kinematoqrafiyada fəaliyyət göstərib. Aktyor Nəsimi, Babək və Dədə Qorqud filmlərində yaratdığı obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub.

