Gundelik.az Hadisə Xəzərdə 36 yaşlı kişi batdı
Hadisə Xəbərlər

Xəzərdə 36 yaşlı kişi batdı

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Gundelik.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Exit mobile version