“Wall Street Journal” (WSJ) ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) istinadən xəbər verir ki, Vaşinqton Ukraynanın ABŞ istehsalı olan uzaqmənzilli raket sistemlərindən (ATACMS) Rusiya ərazisinə qarşı istifadə etməsinə mane olub.
Gundelik.az xəbər verir ki, məlumata görə, Pentaqon yazdan bəri Ukraynanın sözügedən raketləri yalnız öz müdafiəsi üçün istifadə etməsinə icazə verib. Nazirliyin siyasət məsələləri üzrə müşaviri Elbridge Colby bu prosesə nəzarət etmək üçün xüsusi mexanizm yaradıb.
Rəsmilər bildiriblər ki, Ukrayna ən azı bir dəfə Rusiya ərazisində ATACMS raketlərindən istifadə etmək üçün müraciət etsə də, bu tələb rədd edilib. Sonuncu məhdudiyyət qərarına ABŞ müdafiə naziri Pit Heqseth yekun razılıq verib.
ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı açıqlamasında bildirib: “Keçmiş prezident Co Bayden Ukraynaya silahları yalnız özünümüdafiə məqsədilə göndərirdi. Lakin işğalçı ölkəyə hücum etmədən müharibədə qalib gəlmək çox çətindir, hətta qeyri-mümkündür. Bu, elə bil güclü müdafiəsi olan, amma hücum etməyə icazəsi olmayan komanda kimidir. Qələbə şansı yoxdur”.
Gundelik.az
