Gundelik.az Mədəniyyət və cəmiyyət VIII ”Xarıbülbül” Beynəlxalq Folklor Festivalının təşkili 1,9 milyon manata başa gələcək
Mədəniyyət və cəmiyyət Ölkə Xəbərlər

VIII ”Xarıbülbül” Beynəlxalq Folklor Festivalının təşkili 1,9 milyon manata başa gələcək

VIII ”Xarıbülbül” Beynəlxalq Folklor Festivalının təşkili ilə əlaqədar xidmətlərinin satın alınması preosesi yekunlaşdırılıb.

Gundelik.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə “AQS Group” MMC arsında satınalma müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, sözügedən festivalın təşkili ilə əlaqədar xidmətlərin müqabilində şirkətə 1,9 milyon manat ödənilib.

Qeyd edək ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər.

Gundelik.az

Exit mobile version