Gundelik.az Dünya Venesuelada zəlzələlərdə həlak olanların sayı 4930 nəfərə çatıb
Dünya Xəbərlər

Venesuelada zəlzələlərdə həlak olanların sayı 4930 nəfərə çatıb

Venesuelada iyunun 24-də baş vermiş iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 4930 nəfərə yüksəlib.

Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges sosial şəbəkə hesabında zəlzələlərlə bağlı son məlumatları paylaşıb.

O bildirib ki, son məlumatlara əsasən, ölənlərin sayı daha 101 nəfər artaraq 4930-a çatıb. Yaralananların sayı isə 16740 nəfər təşkil edir.

Rodriges qeyd edib ki, iyunun 24-dən etibarən bölgədə ümumilikdə 1308 afterşok (təkrar yeraltı təkan) qeydə alınıb.

Venesuelada iki güclü zəlzələ baş vermişdi

ABŞ Geoloji Xidməti (USGS) iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyini açıqlamışdı.

BMT-nin İnkişaf Proqramı (UNDP) isə iyunun 26-da yaydığı hesabatda zəlzələlərin birbaşa vurduğu fiziki ziyanın dəyərinin təxminən 6,7 milyard ABŞ dolları olduğunu bildirmişdi.

Ölkədə axtarış-xilasetmə əməliyyatları davam edir. Rəsmilər dağıntılar altında qalan insanların olması səbəbindən ölən və yaralananların sayının artacağından narahat olduqlarını bildirirlər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version