Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlində şübhəli bilinən şəxs saxlanılıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu, Çikaqodan olan 30 yaşlı Elias Rodriguezdir.
Hadisə şahidlərinin sözlərinə görə, atəş açan şəxs qaçmağa cəhd etməyib və polisin gəlməsini gözləyib. Daha sonra hadisə yerinə dərhal təhlükəsizlik qüvvələri cəlb edilib və şübhəli saxlanılıb.
O, həbs olunduqdan sonra “Azad Fələstinə” kimi şüarlar səsləndirib və cinayəti Qəzza üçün etdiyini bildirib.
Qeyd edək ki, Vaşinqtonda İsrailin ABŞ-dakı səfirliyinin iki əməkdaşı öldürülüb. Məlumata əsasən, hadisə mayın 21-i axşam yerli vaxtla saat 21:15 radələrində baş verib.
Bildirilib ki, iki səfirlik əməkdaşı paytaxtdakı Yəhudi Muzeyindən çıxarkən güllələnib. Daha bir neçə diplomatik missiya əməkdaşı da yaralanıb.
Gundelik.az
