Yəməndə husilərin hücumlarının hədəfində olan Səudiyyə Ərəbistanının Məkkə, Ciddə və Taif şəhərləri başda olmaqla bir sıra bölgələrində fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq edilib.
Gundelik.az Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsinin açıqlamasında Məkkə əl-Mükərrəmə, Ciddə, Taif, Yanbu və Təbuk şəhərlərində baş verə biləcək fövqəladə hallara qarşı sakinlərə xəbərdarlıq olunub.
“Toplanış məntəqələrindən uzaq durun”
Sakinlərə can və mal təhlükəsizliyinin qorunması məqsədilə Mülki Müdafiə əməkdaşlarının göstərişlərinə əməl etmək, toplanış məntəqələrindən uzaq durmaq və görüntü çəkməmək çağırışı edilib.
Daha sonra Mülki Müdafiə Baş İdarəsi yeni açıqlama yayaraq təhlükənin aradan qalxdığını bildirib.
Husilər qisas alacaqları ilə hədələmişdi
İranın dəstəklədiyi Yəmən husiləri paytaxt Sənaya həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumlarına görə Səudiyyə Ərəbistanını günahlandıraraq cavab verəcəkləri ilə bağlı təhdidlər səsləndirmişdi.
Nurəddin Abdullayev
Gundelik.az
