Gundelik.az Dünya ÜST İsraildən Qəzzada saxlanılan əməkdaşlarını azad etməyi tələb edir
Dünya Xəbərlər

ÜST İsraildən Qəzzada saxlanılan əməkdaşlarını azad etməyi tələb edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrail hakimiyyətindən təşkilatın Qəzza zolağında ÜST binalarında saxlanılan əməkdaşlarını dərhal azad etməyi tələb edib.

Gundelik.az xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında bildirib.

O, sosial şəbəkədə yazıb: “ÜST saxlanılan işçilərin dərhal azad edilməsini və bütün personalın müdafiəsini tələb edir”.

Qebreyesus deyib ki, İsrail əsgərləri Deyr əl-Bəlahda işçilərin yerləşdiyi ÜST binasına hücum edərək, qadınları və uşaqları aktiv qarşıdurma şəraitində əl-Mavasiyə (humanitar zona – İF) piyada təxliyə etməyə məcbur ediblər.

Təşkilatın iki əməkdaşı və onların ailələrinin iki kişi üzvü saxlanılıb və axtarışa verilib. Onlardan üçü daha sonra sərbəst buraxılıb, bir nəfər isə həbsdədir.

ÜST-nin baş direktoru qeyd edib ki, Qəzza zolağında kəskin tibbi xidmət və dərman çatışmazlığı kontekstində təşkilatın binalarına edilən bu basqın onun fəaliyyətinin və bütövlükdə anklavın səhiyyə sisteminin zəifləməsinə gətirib çıxarır.

Gundelik.az 

Exit mobile version