Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 15 ölkənin yeni pandemiyaya hazırlığını yoxlamaq üçün təlim keçirib.
Gundelik.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
“İki günlük təcrübə bütün dünyaya yayılan uydurma virusun yayılmasını simulyasiya etdi”, – məlumatda bildirilib.
Məlumata görə, süni yaradılmış virusa “mamont pox” adı verilib: “Çünki məşq ssenarisinə görə, onun yayılması alimlərin Arktikada yunlu mamont qalıqlarını aşkar etdikdən sonra baş verib”.
Qeyd edilir ki, virus öz görünüşünə görə 2023-2024-cü illərdə bir sıra Afrika ölkələrində yayılma halları qeydə alınan mövcud “meymun çiçəyi”nə bənzəyir.
Təlimlərə xəstəxanaların həftələrlə sıxıldığı və müxtəlif ölkələrdəki səhiyyə sistemlərinin öhdəsindən gəlməkdə çətinlik çəkdiyi ssenarilər də daxil edilib.
Təlimlərdə bəzi ölkələr simulyativ ciddi karantinlər tətbiq edib, digərləri isə minimal məhdudiyyətlərlə açıq sərhədlər strategiyasını seçib.
Xatırladaq ki, bir müddət əvvəl ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus yeni pandemiyanın qaçılmaz olduğunu bildirib.
Gundelik.az

