“Unibank” ASC ötən il 150-dən çox işçisini ixtisar edib.
Gundelik.az xəbər verir ki, bu barədə Plat.az-a bankdakı mənbədən bildirilib.
Belə ki, 2024-cü ilin sonunda bankda 2 175 nəfər çalışdığı halda, 2025-ci ilin mart ayının sonunda bu rəqəm 2 116 nəfər, iyunun sonunda 2 050 nəfər, ilin sonunda isə 2 024 nəfər olub.
Beləliklə, Unibank ötən il ərzində işçilərinin sayını 151 nəfər və ya təxminən 6,9% azaldıb.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən fəaliyyət göstərən “Promtexbank”ın birləşdirilməsi nəticəsində yaradılıb. Bankın nizamnamə kapitalı 149,386 milyon manat təşkil edir. Səhmlərinin 94,08%-i Müşahidə Şurasının sədri Eldar Qəribova, qalan 5,92%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.
