Rusiyada partlayıcı maddələrin istehsalı üçün konsentratlar istehsal edən kimya zavoduna dron hücumu nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
Gundelik.az xəbər verir ki, bu barədə Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bildirib.
Anoxin zavoda hücumdan sonra vilayətdə təxliyə elan oluna biləcəyini qeyd edib.
Qubernator vəziyyətin nəticələrini qiymətləndirmək üçün aidiyyəti qurumların mütəxəssislərinin cəlb ediləcəyini vurğulayıb.

