Rusiya ordusu gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə 157 silahlı pilotsuz uçuş aparatı (SİHA) və 16 raketlə hücum edib.
Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, hücum zamanı müxtəlif tipli SİHA-lardan istifadə olunub. Həmçinin ballistik və qanadlı raketlər daxil olmaqla 16 raket buraxılıb.
Açıqlamada 124 SİHA və jet mühərrikli kamikadze pilotsuz uçuş aparatı kimi tanınan 7 “Banderol/Dan-T” tipli kiçik qanadlı raketin zərərsizləşdirildiyi bildirilib.
8 bölgədə zərər qeydə alınıb
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya qüvvələri Kiyev, Odessa və Sumı bölgələrində enerji və mülki infrastrukturu hədəfə alıb. Ölkə üzrə ümumilikdə 8 bölgədə zərər qeydə alınıb.
Kiyev meri Vitali Kliçko isə paytaxta gecə saatlarında həyata keçirilən hücum nəticəsində 18 nəfərin yaralandığını açıqlayıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

