Brent neftinin noyabr fyuçerslərinin bir barelinin qiyməti 17 sentyabr saat 09:25-ə olan məlumata görə 1,3 faiz ucuzlaşaraq 104,44 dollara düşüb.
WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 101,13 dollar təşkil edib.
Neftin ucuzlaşmasına Səudiyyə Ərəbistanının Oman üzərindən Asiyadakı emal zavodlarına əlavə xam neft göndərəcəyi barədə xəbərlər təsir göstərib. Bu addım Yaxın Şərqdəki tədarükün azalması ilə bağlı narahatlıqları qismən azaldıb.
Digər tərəfdən, Yəməndəki İran dəstəkli husilərin Səudiyyə Ərəbistanındakı Saudi Aramco obyektlərinə hücum etdiklərini açıqlaması qiymətlərdəki enişi məhdudlaşdırıb.
ABŞ-da xam neft ehtiyatlarının azalması da qiymətləri dəstəkləyən amillərdəndir. Ölkənin kommersiya xam neft ehtiyatları ötən həftə 600 min barel azalaraq 423,4 milyon barelə düşüb.
Texniki təhlilə əsasən, Brent nefti üçün 106,14 dollar müqavimət, 104,14 dollar isə dəstək səviyyəsi kimi izlənilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

