Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac avqustun 7-də keçiriləcək.
Gundelik.az xəbər verir ki, hərracda Oğuz rayonu “Muxas-Daşağılçay” (16 hektar), Balakən rayonu “Katexçay” (1,5 hektar) qum-çınqıl və Oğuz rayonu “Nic” (3,5 hektar) gil yataqları investorlara təklif olunacaq.
Gundelik.az

