Türkiyədə 2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi (İQİ) illik müqayisədə 35,05 faiz, aylıq isə 1,37 faiz artıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Ən yüksək çəkiyə malik 3 əsas xərc qrupunda illik dəyişikliklər qida və alkoqolsuz içkilər üzrə 30,20%, nəqliyyatda 27,72%, mənzillərdə isə 65,54% artım olub.
Müvafiq əsas qrupların illik dəyişməyə təsiri qida və alkoqolsuz içkilər üzrə 7,60%, nəqliyyatda 4,51%, mənzillərdə 9,22% təşkil edib.
Gundelik.az

