Avqust 7, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq

Təhlükəsizlik mənbələrinin məlumatına görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan bu gün Ciddədə üçtərəfli müdafiə sazişi imzalayacaq.

Məlumata əsasən, saziş üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər birgünlük işgüzar səfərlə Səudiyyə Ərəbistanına yola düşüb.

Pakistan ABŞ ilə İran arasında baş vermiş münaqişənin dayandırılması istiqamətində vasitəçilik təşəbbüsləri göstərdiyi vaxt, Türkiyə də Qəzzada atəşkəsin təmin olunması üçün diplomatik səylərini davam etdirib.

Qeyd edək ki, Pakistan və Səudiyyə Ərəbistanı hələ 2025-ci ildə birgə müdafiə sazişi imzalayacaqlarını açıqlamışdılar.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az