İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Trampla görüşməyə gedirdi, təyyarəsi təcili eniş etdi

Avstraliyanın baş naziri Entoni Albanezin təyyarəsi ABŞ-də məcburi eniş edib.

Gundelik.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Missuri ştatının Sent-Luis şəhərində baş verib.

Avstraliya Hərbi Hava Qüvvələrinin pilotunun ağır cismin vurmasından sonra beyin silkələnməsi zədəsi aldığı bildirilib. O, əyalət xəstəxanasına aparılıb: “Baş nazir Albanesenin təyyarəsi Sent-Luisdə təcili eniş edib. Hərbi-hava qüvvələrinin pilotu xəstəxanadadır”.

Qeyd edək ki, baş nazir bu gün ABŞ prezidenti Donald Trampla görüşəcək./unikal

Gundelik.az