ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə xalis sərvəti Amerika lideri arasında görünməmiş həddə çatıb.
Bu barədə Gundelik.az “The Washington Post”a istinadən xəbər verir.
Prezidentin son maliyyə açıqlamasına görə, onun gəliri ötən il kriptovalyutaya və əlaqəli layihələrə qoyulan investisiyalar hesabına 2,2 milyard dollardan çox artıb. ABŞ prezidenti ötən il 2,2 milyard dollar gəlir əldə edib ki, bunun da 1 milyard dollardan çoxu kriptovalyuta əməliyyatlarından gəlir.
2025-ci il maliyyə açıqlamasında Amerika lideri xalis sərvətinin 2,4 milyard dolları keçdiyini açıqlayıb. “Forbes” jurnalına görə, bu ilin mart ayında Trampın ümumi aktivləri təxminən 6,5 milyard dollardır.
Qeyd edilib ki, Tramp 2019-cu ildə ən azı 440 milyon dollar, 2024-cü ildə isə 600 milyon dollar qazanıb.
