ABŞ prezidenti Donald Tramp İranla davam edən müharibə ilə bağlı açıqlamalar verib. Tramp bildirib ki, İran danışıqlar aparmaq istəyir, lakin onun fikrincə, hələ buna hazır deyil.
Prezident jurnalistlərin suallarını prezident təyyarəsində cavablandırarkən deyib ki, Tehran donanmasını, hava hücumundan müdafiə sistemlərini və hava qüvvələrini itirib. O, “İranı yerlə bir etdik” ifadəsini işlədib.
Tramp bildirib ki, İranın pilotsuz uçuş aparatı (PUA) istehsal edən zavodlarını hədəf alıblar və əlavə edib:
“İran danışıqlar aparmaq istəyir, amma məncə, hələ buna hazır deyillər.”
O həmçinin vurğulayıb ki, Hörmüz boğazı açıq saxlanılmalıdır. Tramp boğazın təhlükəsizliyini təmin etmək üçün başqa ölkələrlə danışıqlar apardıqlarını və bu məsələ ilə bağlı 7 ölkə ilə görüşdüklərini deyib.
Tramp həmçinin Financial Times qəzetinə açıqlama verib.
O bildirib ki, Hörmüz boğazının açıq qalması üçün Çin də kömək etməlidir.
Tramp əlavə edib ki, ayın sonunda Xi Jinping ilə planlaşdırılan zirvə görüşü təxirə salına bilər.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

