Gundelik.az Ölkə Hansı kateqoriyadan olan həkimlərin maaşı nə qədər artacaq? – DETALLAR
Ölkə Xəbərlər

Hansı kateqoriyadan olan həkimlərin maaşı nə qədər artacaq? – DETALLAR

Tibb və səhiyyə müəssisələrində çalışan həkimlərin əməkhaqlarının artırılması istiqamətində tətbiq olunacaq yeni tariflər və artım faizləri açıqlanıb.

Gundelik.az-ın xəbərinə görə, bu fikirləri TƏBİB-in icraçı direktoru Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində aparılan islahatlar çərçivəsində müxtəlif ixtisas və kateqoriyalar üzrə həkimlərin əməkhaqlarında əhəmiyyətli artımlar nəzərdə tutulub.

Ailə və sahə həkimlərinin faktiki 1 150 manat təşkil edən əməkhaqları 74 faiz və ya 850 manat artırılaraq 2 000 manata çatdırılacaq.

Tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin faktiki 1 550 manat olan əməkhaqları 61 faiz və ya 950 manat artırılaraq 2 500 manat müəyyənləşdiriləcək.

Təcili tibbi yardım şöbələrinin 3A və 3B kateqoriyaları üzrə həkimlərinin əməkhaqları isə 43 faiz və ya 900 manat artırılaraq 2 100 manatdan 3 000 manata yüksəldiləcək.

Anestezioloq-reanimatoloqların 3A və 3B kateqoriyaları üzrə əməkhaqlarında isə 107 faiz və ya 1 550 manat artım nəzərdə tutulur və onların faktiki 1 450 manat olan əməkhaqları 3 000 manata çatdırılacaq.

Qeyd edək ki, yeni əməkhaqqı qaydaları 1 sentyabr 2026-cı ildən tətbiq olunur.

Genişmiqyaslı islahat Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilir.

Yeni əməkhaqqı qaydaları ölkə üzrə ümumilikdə 72 212 tibb işçisini əhatə edəcək.

Hansı kateqoriyadan olan həkimlərin maaşı nə qədər artacaq? – DETALLAR
Exit mobile version