İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Tramp çıxış etdi və neftin qitməti 5,5% düşdü

Beynəlxalq fyuçers bazarlarında neft qiymətləri kəskin şəkildə aşağı düşüb. ABŞ və İran arasında diplomatik inkişaflar təchizatla bağlı narahatlıqları azaltdıqca, Brent markalı xam neftin qiyməti dünənki bağlanış qiymətiləri ilə müqayisədə bu gün saat 19:26ya 5,5% azalaraq bareal üçün 105,93 dollara düşüb.

Qiymətlərin düşməsinə ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlamaları təsir edib. Konnektikutda Sahil Mühafizəsi Akademiyasının məzun mərasimində çıxış edən Tramp deyib: “Hazırda yeganə sual budur ki, biz gedib bunu bitirəcəyik, yoxsa onlar müqavilə imzalayacaqlar? Görək nə olacaq.”

Tramp əvvəllər İranla danışıqların davam etdiyini vurğulayaraq demişdi: “Onlar razılaşma əldə etməyə can atırlar, bu vəziyyətdən beziblər. Düşünürəm ki, bunu çox tez başa çatdıracağıq. Ümid edirəm ki, bunu yaxşı həll edə biləcəyik.”

ABŞ-ın vitze-prezidenti JD Vance də Trampın İrana qarşı əməliyyatı məhdud bir müddət ərzində başa çatdırmağı planlaşdırdığını bildirib və əlavə edib: “Təxminən altı həftəlik hücumlardan sonra son beş həftədir ki, atəşkəs qüvvədədir.” Vance həmçinin qeyd edib ki, İranla danışıqlıqlar Körfəz ölkələrinin təşəbbüsləri ilə davam edir.

Neft bazarları ABŞ-İran gərginliyinə mümkün diplomatik həll gözləntiləri ilə güclü satış təzyiqi ilə üzləşir.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN

Gundelik.az